beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tələbələr Haqqında Lətifələr

3 tələbə görüşür: Biri universitetdə oxuyur, digəri texnikumda, o birisi isə hərbi məktəbdə.
İmtahan suallarını müzakirə edirlər.
Universitet tələbəsi: Mənə belə sual düşmüşdü:
" elektrik cərəyanı şiddəti vahidi hansıdır?"
a) om; b) bolt; c) amper.
Texnikum tələbəsi: Mənə belə sual düşmüşdü:
"" Elektrik cərəyanı şiddəti vahidi amperdimi?"
a) bəli; b) xeyr; c) bilmirəm.
Hərbi məktəb tələbəsi: Mənə isə belə sual düşmüşdü
" Elektrik cərəyanı şiddəti vahidi Amperdir!"
a) hə; b) Bəli! c) Elədir ki, var! d) Azərbaycan ordusuna xidmət edirəm!!!



Müəllim istəyir ki, tələbəyə heç deyilsə üç yazsın. Ona görə soruşur:
- Yaxşı de görüm, mühazirə nə haqda idi?
Tələbə cavab vermir.
- Yaxşı heç deyilsə de görüm, mühazirəni kim dedi?
Tələbə yenə də susur, cavab vermir. Müəllim kömək etmək istəyir və:
- Köməkçi sual: sən demisən ya mən?



İmtahan. Müəllim tələbədən soruşur:
- Siz bilirsiz imtahan nədir?
- İmtahan iki ağıllı insanın söhbət etməsidir – tələbə cavab verir.
- Bəs əgər onlardan biri axmaqdısa? – müəllim soruşur.
Tələbə sakitcə:
- Onda ağıllı imtahanı keçə bilməyəcək.



Konservatoriyada vokal səs üzrə imtahandı. Tələbə müəllimindən soruşur:
- Üzr istəyirəm, amma mənə düzünü deyin: mənim səsim heçnəyə yaramır?
- Yox niyə ki? Lazımlıdır, məsələn, yanğınsöndürən maşında və ya oğurluqda.



İmtahandı. Müəllim izah edir:
- Beş almaq üçün bu suala cavab verin: dərsliyin müəllifi kimdir?
- Dörd almaq üçün bu suala cavab verin: dərslik nə rəngdədir?
- Üç almaq üçün bu suala cavab verin: Ümumiyyətlə bu dərsin adı nədir?
Arxa sıralarda oturan tələbə:
- Uşaqlar gəlin getdik, bu dəfə də kəsildik...



İmtahanda professor tələbədən soruşur:
- Deyin görüm, mən sizi niyə heç bir mühazirəmdə görməmişəm?
- Çünki bütün günü sütunun arxasında otururdum.
- Heç vaxt düşünməzdim ki, bir sütunun arxasında bu qədər adam otura bilər.



Tələbələrdən biri görür ki, çoxlu tələbələr durub gülürlər...
- Nəyə gülürsüz? –deyə soruşur
- Dekan pəncərədən yıxıldı!
Birdə görürlər ki, tələbə ağlayır...
- Bəs sən niyə ağlayırsan?
- Mən görə bilmədim!...



Tələbə oğlan sevgilisi ilə şəhərə gəzməyə çıxır, cibində isə 20 qəpik pul.
Restoranın yanından keçir. Oğlan qıza:
- Restorana istəyirsən, yox, gəl getdik onda.
Dönərin yanından keçirlər. Tələbə:
- Dönər istəyirsən, yox, gəl getdik.
Qız fikirləşir: “İndi soruşsa tez hə deyəcəm.”
Su avtomatının yanından keçirlər. Tələbə:
- Su istəyirsən?
Qız:
- Hə!!!
Tələbə:
- Nə qışqırırsan, indi alıramda.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 72 Bölmə: Ümumi Letifeler