beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülməli hekayə))

Yaşlı kişi kənddə tək yaşayırdı. Hər il olduğu kimi bu ildə bağlarında pomidor əkmək vaxtı idi. Lakin bu dəfə ona bu işdə heç kim kömək etməyəcəkdi, çünki yeganə oğlu həbsdə idi.
Olub keçənlərdən kədərlənən ata oğluna məktub yazır:

“Salam oğlum. Bilirsən sənin yerin evimizdə necə görünür. Bu il yenə pomidor əkmək lazımdır. Lakin atan çox qoca olduğundan torpağı tək qaza bilməyəcək. Kaş sən evimizdə olaydın və mənə kömək edərdin.
İmza: Sənin üçün çox darıxan və yolunu gözləyən atan”

Bir neçə gün sonra ata oğlundan cavab məktubu alır:

"Ata məndə sənin və evimiz üçün çox darıxıram. Ama bağımızı qazmaq fikirini ağlına belə gətirmə, çünki öldürdüyüm insanların cəsədlərini orda gizlətmişəm.
İmza: Səni sevən oğlun."

Məktub gələndən bir neçə saat keçməmiş Polis və Federal Tədqiqtlar Bürosunun əməkdaşları qocanın evinə gələrək cəsədləri tapmaq məqsədi ilə bütün bağı qazmağa başlayırlar. Lakin 1 cəsəd belə tapmayan polis və FTB işçiləri qocadan üzr istəyərək çıxıb gedirlər.
Həmin gün ata oğuldan yenə məktub alır:

"Atacan bu mənim sənə bu şəraitdə edə biləcəyim yeganə kömək yolu idi.
İndi isə qazılmış bağımızda pomidorları rahat ək.
İmza: Səni çox istəyən yeganə oğlun"


Tarix: 28.11.2014 / 18:27 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Ümumi Letifeler