beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Komputerlə Bağlı Lətifələr

Qızla oğlan(proqramçı) gecə vaxtı, ağacın altında öz sirləri barədə söhbət edirlər.
Qız soruşur:
- Sirrini deyə bilərsən əzizim?
Oğlan:
- Əlbətdə ki, buyur
include("db.php");
echo "$dbpassword";

******************************

Qoca haker nəvəsinə nağıl danışır:
- ... o, qızıl balıqla klik elədi...
- Baba, bəs nəyə görə balıqla?
- O vaxtı siçan yox idi...

******************************

Ana mağazaya getməyə hazırlaşır.
- Oğlum sənə nə alım?
- Mənə bir az konfet al.
- Neçə meqabayt oğlum?

******************************

Təyyarədə proqramçı və mühəndis uçurlar. Mühəndis yatmağa hazırlaşır. Proqramçı ona təkliflə yaxınlaşır.
(P): - Gəl bir-birimizə sual verək. Tapsan - mən sənə 5 dollar, yox - sən mənə 5 dollar və tərsinə.
(M): - Mən yatmaq istəyirəm, əl çək...
(P): - Gəl oynayaq! Asan oyundur!
(M): - Oynamaq istəmirəm. Mən yatmaq istəyirəm...
(P): - Yaxşı. Gəl belə. Mən tapıram - sən mənə 5 dollar, sən tapırsan - mən sənə 50 dollar. Gedər?
(M): - Yaxşı, gəl.
(P): - Bu günə kimi dünyada nə qədər ICQ abonenti var?
Mühəndis sakitcə 5 dolları çıxarıb proqramçıya verir.
(M): - İndi sən soruş!
Mühəndis bir-neçə dəqiqə fikirləşir və deyir:
- Yaxşı, o nədir ki, üç ayaqla qalxır, dörd ayaqla enir?
Proqramçı noutbuku açır, şəbəkəyə qoşur, dünyada bütün axtarış sistemlərində axtarır, çatlara girir, dostlarından soruşur, bütün dünyanın kitabxanalarını və arxivlərini gəzir, heçne tapmır. Cibindən 50 "göy" çıxardır, mühəndisə verir. Mühəndis pulu götürür, qoyur cibinə və yatmağa hazırlaşır.
(P): - Hey, o nədir ki, üç ayaqla qalxır, dörd ayaqla enir?
Mühəndis sakitcə cibindən 5 dollar çıxardır, proqramçıya verir və yatır.

******************************

Oğul atasının yanına gəlir:
-Ata, "HDD Format completed" nə deməkdir?
-Bu o deməkdir ki, sən indi döyüləcəksən.

******************************

Bir kişi kompüter salonuna gəlir:
-Mən dünən sizdən kompüter almışdım...
-Nə olub, problem var?
-Bəli. Kompüter yanıb.
-Eybi yox qarantiyası var. Hansı hissəsi yanıb?
-Hamsı!
-Yox elə olmur. Prosessor yanıb?
-Yanıb.
-Bəs sabit yaddaş?
-Yanıb.
-Bəs ekran?
-Yanıb.
-Aman Allah! Siz onunla nə etmisiz?
-Dünən evimdə yanğın olmuşdu ...


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Ümumi Letifeler