beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Guleeeekkkkkkkk???

1) Sarışın qız ( ????????? ) avtobusda gedir və radioyaya qulaq asır.
Radio:
-Siz 101 FM ə qulaq asırsınız!
Sarışın qız:
- Aaa, bunlar haradan bildilər ki,mən 101 FM ə qulaq asıram?!

2) İki dəli olur. Biri o birini çağırır və otağın işığını yandırır.Üzünü o biri dəliyə çevirib:
-Gördün, işığı?
-Aha..
Sonra işığı söndürür və yenidən sual verir:
-Bəs indi görürsən?
-Yoooo, işıq hara getdi?
Birincisi asta asta soyuducunun ağzını açır:

3) -Ay qız, siz rəqs edirsiniz?
-Aha, nədir ki?
-ALLAHa şükür, mən elə bilirdim sizi elektrik vurur.

4) Ər öz arvadını gözəllik salonun qarşısında gözləyir. Arvadı salondan çıxanda, əri ona baxıb, sakit səslə:
- Vecinə də alma, əsas odur ki, cəhd elədin...

5) Bir dəli digərinə:
-Sənin arzun var?
-Var.İstəyirəm ki, sehirli pəri, buludlardan ensin və mənə on min dollar versin..
-Xmmm, bəs niyə on min, elə bir million istə də..
-Million dollar , real deyil. Real söhbət elə

6) İki dəli dəniz kənarında gəzirlər.Biri o birinə:
-Buna bax ee, ölü quş.
O birisi göyə baxıb:
-Hanı?

7) Bir nəfər meşədə azır.Başlayır qışqırmağa:
-Kömək edin!!!!!!!!
Hiss edir ki, arxadan səs gəlir.Çönüb, görür ki, ayı öz mağarasından çıxır.Ayı deyir:
-Nə olub? Nə qışqır -bağır salmısan?
-Azmışam meşədə! =(
-Bildim də, bəs niyə qışqırırsan?
-Deyirəm bəlkə, kimsə səsimi eşidər.
Ayı qollarını çirmələyərək, kişiyə yaxınlaşaraq deyir:
-Mən eşitdim səni. Sənə bu lazım idi?

8) İki nəfər söhbət edir:
- O gün bütün qəzetlərə, elan vermişəm ki, özümə qadın, ömür gün yoldaşı axtarıram.
-Nədir, cavab verən olmadı?
-Ehhh, 1 kisə məktub gəlib. Sadəcə 90% də yazılıb ki: "Sən canın gəl mənimkini apar,canım qurtarsın!".

9) -Həkim,sizə halaldır.Siz mənə baxan kimi, haradan bildiniz ki, yüksək təzyiqim var?
-Bunu bilməyə nə var ki, başınızın üstündə uçan bütün milçəklər təzyiqdən partlayır.

10) 2 nəfər qız üçün otaq kirayə verirəm. 3 Nəfər üçün olmaz! Artıq yaş o yaş deyil!

11) Bir nəfər səhrada azır, susuzluqdan ürəyi yanır,sürünə sürünə gedir.Birdən qaşısına lampa çıxır.Lampanı sürtür, içindən cin çıxır.Oğlan cinə deyir ki:
-Susuzluqdan yanıram, məni suya apar
-Onda,dur gedək!
-Yoooox, tez lazımdır,yanıram susuzluqdan!
-Həəə,onda tut əlimdən qaçdıq!

12) -Qadınlar niyə ərə gedirlər?
-Həyat təcrübələrinin azlığından.
-Bəs, niyə boşanırlar?
-Hövsələ azlığından.
-Bəs, onda niyə bir də ərə gedirlər?
-Yaddaş, azlığından! =)

13) Deyirlər ki, Aristotel bir dəfə logika fikirləşdi və əmr etdi ki, 40 qoyundan bişirilmiş yemək-içmək verilsin.O zamandan qoyunların logika ilə araları yoxdur.

14) Bir nəfər oğlan hər gecə qarşı binada yaşayan qıza binokl ilə baxırmış.Bir gün səhər zəng gəlir. Qız səsi :
-Görmədin, dünən gecə mən çulkumu hara qoymuşam??

15) İçki bizə ürək ağrısını baş ağrısına çevirməkdə kömək edən bir vasitədir.

16) -Sənin ərinin ixtisası nədir?
-Alkaqolik
-Yox, mən ixtisasını soruşuram, alkoqolik vaxt öldürmək üçün sənətdir.
-Demə,demə. O bu işə tam ciddiyyatı ilə yanaşır.


17) Əslində çinlilər Yer üzərində çox deyil.90 % çinlilər sadəcə olaraq "çin poddelka"sıdır.

18) Heyvanalr yığışıb çayda körpü tikmək qərarına gəlirlər. Bütün lazım olan materialları çağırıb qurtarandan sonra Şir hamını çağırıb soruşur ki, sualı olan var, ya yox. Uzunqulaq irəli çıxıb deyir:
- Axı heç demədiz, körpünü çayın uzununa tikəcəyik, yoxsa eninə?

19) Erməni Moskva kitabxanasında bir kitab axtarır, lakin tapa bilmir. Kitabxanaçı ondan soruşur:
-Ay bala, nə axtarırsan,
Erməni:
-“Ermənistanın qədim tarixi”ni – deyir.
Kitabxanaçı:
-Nağıl və fantaziya ikinci bölümdədir.:D


20) Həbsxana rəisi məhbusa:
-Niyə yanına heç kim gəlmir, dost-tanışın yoxdur?
-Rəis, onların hamısı burdadır, həbsxanada.

21) Ər arvadına:
-Bir də pul istəməkdən ötrü məni öpmə.
-Elə de ki, bir daha öpüşməyəcəyik də….

22) Ər arvadına:
-Ay kişi, mənə avtobus pulu ver.
-Xırdam yoxdur, on manarlıqdır.
-Ver, görünür, taksi ilə getməli olacağam.

23) Polis, bu oğlan küçədə dilənirdi.
-20 manat cərimə.
-Onun cəmisi 5 manatı var.
-Onda burax küçəyə, qalanını da yığsın.

24) İstirahət evində:
-Biz çalışacağıq ki, siz özünüzü burada evdəki kimi hiss edəsiniz.
-Nə danışırsınız? Mən bura istirahətə gəlmişəm axı………

25) Oğlan qıza:
-Sevgilim, de görüm ilk sevdiyin adam mənəmmi?
-Əlbəttə, əzizim! Ancaq bir şeyi anlamıram. Niyə bütün kişilər eyni şeyi soruşurlar.

26) Həbsxanada:
-Nədən bura düşmüsən?
-Rüşvət üstündə!
-Bəyəm buraya havayı düşmək olmur?!

27) ki kar rastlaşır. Biri o birindən soruşur:
-Bazara gedirsən?
O biri deyir:
-Yox , bazara gedirəm.
-Hə, elə bildim bazara gedirsən...


28) Həkim həmkarlarına danışır:
-Gecənin bir yarısı telefon zəng çalır, dəstəyi qaldırıram, bir kişi səsi mənə bildirir ki, “əgər gəlib çıxmasan, mən öləcəyəm”, mən ünvanı soruşanda o dəstəyi asdı. Bu zaman həyat yoldaşım deyir ki, ona zəng eləmişdilər...

29) Həkim:
-Siz çox gərginsiniz? Gərək bir az rahatlanasız... Məsələn, mən belə hallarda arvadımı götürüb restorana gedirəm...
-Məsləhətə görə çox sağ olun həkim, mən elə belə də edərəm. Sizin arvadınız indi hardadır?


30) Qadın çığır-bağirla polis bölməsinə daxil olur:
-Ərimi tapın, mən onsuz yaşaya bilmirəm, o isə itib.
-Bu nə vaxt baş verib?
-Bir həftə əvvəl.
-Bəs, indi niyə xəbər verirsiz?
-Bu gün onun maaş günüdür.

31) Xəstə həkimə:
-Niyə həkimlər işlərinin kompüterləşməsinə pis münasibət bəsləyirlər?
-Çünki, bu halda onların yazdıqları başa düşüləcək.


32) Məhkəmədə şahiddən soruşurlar:
-Zəhmət olmasa deyin, bu doğrudurmu ki, müttəhim bu qadınla ər-arvad kimi yaşayır.
-Yox, cənab hakim, onlar daha yaxşı yaşayırlar.

33) Hakim müttəhimə:
-Oğurluq edərkən, heç olmasa qoca ananız barədə düşündünüzmü?
-Düşündüm, ancaq orada ona yarayan heç nə tapa bilmədim.

34) Hakim müttəhimə:
-Siz yumurtalarla birlikdə toyuğu da oğurladınız?
-Əlbəttə, mən qərara gəldim ki, balaları anadan ayırmaq olmaz.


35) Məhkəmə qarşısında duran qarasaqqallı avaraya hakim deyir:
-Əgər siz, burada ərz olunanların hamısını etmisinizsə, onda sizin vicdanınız saqqalınız kimi qapqara olmalıdır.
-Əgər vicdan saqqalla ölçülürsə, onda sizdə o ümumiyyətlə yoxdur.


36) Yeni açılmış mağazada qadın satıcıdan soruşur:
-Burda satılan ərzaqlar təzə olur, xarab olmaz ki?
Satıcı qadına:
-Əgər məhsulun qabında istehsal və istifadə tarixi qeyd olunmayıbsa, belə mal heç zaman xarab olmur.:D

37) -Bax,bu yorğunluq əleyhinə,bu əsəbilik əleyhinə,bu isə depressiya əleyhinə....
-Çox sağ ol,həkim! Bəs,araqdan başqa,səndə dərman yoxdur?!...

38) -Bazar günü sən qəbirstanlığa getməmişdin???
-Aha,getmişdim.
-Eee. Bəs niyə qayıtdın???

39) Qorxunun gözünə dayanmadan, "düz baxmaq" olar! Amma ki, gərək şalvarı tez tez dəyişəsən!


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1208 Bölmə: Ümumi Letifeler