Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tapa Bilsen Halaldi

Bir qadın detektiv tutmaq istəyir və rəfiqəsi bu qadına bir detektivi məsləhət görür. Amma bu detektivlər 2 nəfər olur. Qadın detektivlərə deyir ki, aranızda özünüz seçin, bir nəfər mənim işimi yerine yetirəcək.
Sonra detektivlər öz aralarında danışırlar. Aramızda kim ən agıllıdırsa işi alsın, əgər kim ağıllı deyilsə ölkəni tərk etsin. Detektivlər razılaşırlar.
Ertəsi gün detektivin biri xəstələnir və digər detektivi çağırır. Və ona deyir:
Mən xəstələnmişəm. Ayağa qalxacaq gücüm yoxdur, açarı al, evimə get. Qarşına çıxan ilk qapıdan gir və düz get. qarşına çıxan 2-ci qapıdan gir və kitabxanaya gir. Orada sağdaki kitab rəfinin ən üst yerində bir kitab var. Kitabın 13 və 14-cü səhifələri arasında 35 dollar var. Onu mənə gətir.
Və detektiv gedir. Digər detektivin dediyi kimi ilk qapıdan girir, ardından 2-ci qapıdan girir və kitabxanaya girir. Kitabın arasından pulu götürür ve digər detektivin yanına gedib pulu verir.

Pulu gətirən adam ölkəni tərk edir, xəstə olan detektiv isə işə başlayır.


Sual: Pulu gətirən detektiv nə kimi bir ağılsızlıq etdi ki, ölkəni tərk etdi?

kim bilse ona halaldi. xahiw edirem anlamli cavablar verin


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 108 Bölmə: Ümumi Letifeler
loading...