beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gulek Hmmm?

Ingilis Elm İrəliləmə Birliyinin araşdırmasında, internet istifadəçilərindən ən çox bəyəndikləri zarafatı bildirmələri istəndi.
Araşdırmada, 70 ölkədən 40 min lətifə arasında aşağıdakı birinci seçildi:
Meşədə gəzən 2 ovçudan biri birdən birə yerə düşər. Yoldaşı, düşən adamın nəfəs almadığını görər.
Bunun üzərinə telefonla təcili köməyi axtarar. "Yoldaşım öldü, nə edə bilərəm" deyə soruşar.
Telefondakı səs cavablar: "Sakit olun. Sizə kömək edə bilərəm. Amma əvvəl yoldaşınızın ölüb ölmədiyindən əmin olaq."
Telefonda bir müddət səssizlik olar və bir silah səsi eşidilər.
Ovçu telefonu təkrar əlinə alar və belə deyər: "Bəli, tamam. İndi nə edəcəyəm?"


Araşdırmada ayrıca, insanların gülünc tapdıqları lətifələrin ölkələr arasında əhəmiyyətli fərqliliklər göstərdiyi də müəyyən olundu.
İngiltərə, İrlandiya, Avstraliya və Yeni Zellandiya xalqı bu növ lətifələri seçirlər:
XƏSTƏ: "həkim, arxama çiyələk yapışdı."
HƏKİM: "Bunun üçün sizə krem verim."


Bu vaxt xeyli Avropalı, həqiqətdən uzaq olan ya da ölüm, xəstəlik, evlilik kimi ciddi məsələlərlə lağ edilən lətifələri sevir:
Xəstənin biri həkiminə dərd yanır: "həkim bu yaxınlarda qəribə bir şey oldu. Qayınanamla nahar edirdim və ‘xahiş edirəm kərə yağını uzadarsanmı' deyəcəkdim. Ancaq ağızımdan ‘Səni donuz, həyatımı məhv etdin' sözü çıxdı."


Evliliklə lağ etmək də ən sevilən Amerikan zarafatları arasında:
Adamın biri, yoldaşıyla golf oynayarkən oyunun ən həyəcanlı anında bir cənazə mərasimi görür. Papağını çıxarır, gözlərini bağlayır və başını önünə əyərək dua edir. Yoldaşı, "Bu indiyə qədər gördüyüm ən düşüncəli və toxunaqlı səhnə. Həqiqətən yaxşı ürəkli bir adamsan" deyər. Yoldaşı cavab verər: "35 illik arvadım idi."


Şotlandiyada ölüm çox zarafat mövzusu olur:
"Babam kimi yuxumda ölmək istəyərəm. Yolçuları kimi dəhşət içində qışqıraraq deyil."


İngiltərənin bir nömrəli lətifəsi belədir:
"İki cavan barda oturarlar. Biri digərini alçaltmağa başlar. "Ananla yatdım!"
Digər cavabını cavabını görmək üçün barda bir səssizlik olar.
"Birinci cavan təkrarlayar: "ANANLA YATDIM!"
Digəri cavab verər: "Get başımdan ata, sən sərxoşsan."


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Ümumi Letifeler