beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balu Və Suta

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
- Suta, iki ustəgəl bir necə edir?
Suta cavab verir:
- Uc.
Balu gulub deyir:
- Ehh, bu qədər dərs oxuyursan, yenə hec nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
- Yox, uc edir.
Balu deyir:
- Beş.
- Yox, uc.
- Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
Suta uc gun qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
- Muəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz axmaq Balunu cəzalandırmalıydınız.
Muəllim cavab verir:
- Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha axmaqsınız?


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Ümumi Letifeler