beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuda Zorlama görmək

Yuxuda yaxınlarınızdan biri zorlamaya məruz qalıbsa, bu o deməkdir ki, sizi dostlarınızla bağlı kədər gözləyir. Əgər qız yuxuda zorlandığını görübsə, bu o deməkdir ki, real həyatda onun adını ləkələyəcək bir hadisə baş verəcək, sevgilisi isə onu tərk edəcək.

Zorlama haqqında yuxular qəddarlığa işarədir. Siz zorlayan, qurban və müşahidəçi rolunda ola bilərsiniz.Bu tip yuxularda ətrafdakılara qarşı münasibət və hissləriniz yuxunun əhəmiyyətini başa düşmək üçün əsas faktor sayılır.Zorlamanın qurbanı olduğunuz təkrar yuxuları görmək – müəyyən etməlisiniz ki, gördüyünüz yuxularda posttravmatik stress hər hansı bir rol oynayırmı? Zorlamanın qurbanı olduğunuz yuxu sizə qarşı ağır, ədalətsiz, insafsız istismar xarakterli münasibətlərə işarədir. Yuxu sizə qarşı heç bir faktiki təcavüzə işarə deyil, sadəcə başqalarına tabe olduğunuz vəziyyətə düşdüyünüzə işarədir.Yuuda zorlama hadisəsində təcavüzkar rolu həll olunmamış münaqişə və ya kiməsə qarşı qəzəb, hirsə işarədir.Məsələn, öz müdiriniz, valideyniniz, müəlliminiz və ya əks cinsdən olan həmkarınıza qarşı qəzəblisinizsə, zorlama haqqında yuxu görə bilərsiniz. 25 yaşlı qadın öz yuxusunu danışır: tam cinsi həyata başlamamışdan əvvəl tez-tez yuxularıma sarınmış vəziyyətdə kişilər girirdi. Mən onları cinsi əlaqəyə məcbur edirdim.Bu, həmişə onların iradəsi xaricində, yəni mənim istəyimlə baş verirdi. Deməli mən yuxuda kişiləri zorlayırdım.Kişilər tanımadığım adamlar idi, bəzən hətta onların üzünə baxmırdım. Çox qəribədir ki, belə yuxuları cinsi həyatın əslində nə olduğunu bildiyim vaxta qədər görmüşəm. Qadının öz atası ilə çox çətin münasibətləri var idi. Atasının ona qarşı heç bir seksual zorakılıqları olmasa da, onların münasibətləri çox soyuq idi.Qadının sözlərinə görə, onun atası ilə münasibətləri bəzən kəskinləşərək son həddə çatırdı.Lakin onların münasibətləri düzəldikcə, zorlama haqqında yuxuların sayı azalırdı. Yuxuda zorlama hadisəsinə müşahidə etmək narahatlıq hisslərini təlqin edir, belə ki, qurbana kömək edə bilmədiyinizə görə köməksizlik hiss edirsiniz.Bəzən qurban və zorlayan adam arasında intuitiv əlaqə hiss edirsiniz.Müşahidə baş vermiş hadisənin travmasından uzaqlaşmaq cəhdidir. Belə mövqe zorlayan və qurban arasında münasibətləri daha yaxşı anlamağa imkan verir.


Tarix: 08.01.2015 / 12:40 Müəllif: Ebulfez Baxılıb: 105 Bölmə: Z hərfi