beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyf...
Heyf...

Dünyanın ən ətirli
gülütək sevdim səni,
Heyf, hansı bağçada
solmamış bir gül qaldı?

Alışan ocaq kimi
bağrıma basdım səni,
Heyf, həmin ocaqdan
bircə ovuc kül qaldı.

Bütün sevdiklərimiz
qara torpağın malı,
Nə sevilən baxışlar,
nə sevən könül qaldı.


Tarix: 01.06.2015 / 10:37 Müəllif: Aziza Baxılıb: 258 Bölmə: Zəlimxan Yaqub