beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gələcəyəm...
Gələcəyəm...

Gələcəyəm, gözlə məni,
harda olsam gələcəyəm,
Qohum kimi, qonşu kimi,
qardaş kimi gözlə məni.

Bir-bir yada salacağam,
nələr olub, nələr keçib,
Ömür kimi, tarix kimi,
yaddaş kimi gözlə məni.

Sən özünü məndən ayrı
nə yetim bil, nə arxasız.
Arxa kimi, dayaq kimi
sirdaş kimi gözlə məni.

Həyatına gələmməsəm
ölümünə gələcəyəm,
Məzarımın başındakı
bir daş kimi gözlə məni.


Tarix: 01.06.2015 / 10:35 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Zəlimxan Yaqub