beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızıl güllər (uşaq şeiri)

Yaman nadincdi,
Bu qızılgüllər.
Dişlərinə bax,
Mənə gülürlər.

Gəldim yaxına,
Gördüm qəşəngdi.
Dərmək istədim,
Məni dişlədi.

İşıq tək yanır,
Bu qızılgüllər.
Görəsən belə,
Nə gözləyirlər?

Ay qızılgüllər,
Qalın beləcə.
Qoy oğlum gəlsin,
Qorxarsız, necə!


Tarix: 26.12.2014 / 17:13 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: UŞAQ ŞEİRLƏRİ