beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəli olmaq istəyirəm
Dəli olmaq istəyirəm

Atıb abrımın daşını
Keçib ağlımın başından
Allah, bu cavan yaşımda
Dəli olmaq istəyirəm.

Boş nağılların əlindən,
Bu paxılların əlindən
“Ağıllılar” ın əlindən
Dəli olmaq istəyirəm.

Dünyanın şərti tükənmir,
Dərdimin dərdi tükənmir.
Səbrimin səbri tükənir –
Dəli olmaq istəyirəm.


Tarix: 01.06.2015 / 10:20 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Tural İrfan