beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görkəmli kino rejissoru Tofiq Tağızadənin doğum günü qeyd olunur.

7 fevral 2013, Görkəmli kino rejissoru Tofiq Tağızadənin
doğum günü qeyd olunur

Bu gün
görkəmli kino rejissoru, Azərbaycanın Xalq
artisti Tofiq Tağızadənin doğum günüdür.

Tofiq Tağızadə 1919-ci ildə Bakıda anadan olub.
1953-cü ildə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun
kinorejissorluq fakültəsini bitirdikdən sonra
"Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə
başlayıb.

Rus kino məktəbinin mütərəqqi
ənənələrindən bəhrələnib. Filmlərində bu
ənənələr aydın hiss olunsa da, Tofiq Tağızadə onlara milli ovqat qoşub və ona
görə də hər bir əsərində xalqın ruhu
duyulur.


Cəmi 13 film çəkib, 14-cü filmi
yarımçıq qalıb. Ötən əsrin 50-ci illərində
çəkdiyi "Görüş", "Uzaq sahillərdə", "Əsl dost"
filmləri milli kinomuza yeni nəfəs gətiriib.


O, "Dədə Qorqud" dastanının motivlərini
kinoya gətirən ilk kinorejissordur. Bu filmin
yarandığı vaxtdan 40 ilə yaxın bir dövr
keçməsinə baxmayaraq, yenə də ona
tamaşaçı marağı səngiməyib.
Quruluşçu rejissoru olduğu “Bağ mövsümü”,
“Bəxt üzüyü”, “ Mən ki gözəl deyildim”,
“Uzaq sahillərdə”, “Yeddi oğul istərəm” və
digər filmlər Azərbaycan kino sənətinin haqlı
olaraq fəxri sayılır.


Görkəmli sənətkar 1998-ci il avqustun 28-də
Bakıda vəfat edib.


Tarix: 07.02.2013 / 22:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Tarixdə bu gün