beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

06 fevral 2013 Xalq artisti Rafiq Əzimovun 75 yaşı tamam olur

Bakı, 6 fevral Azərbaycanın Xalq artisti Rafiq Əzimovun 75 yaşı tamam olur.

SalamNews-un məlumatına görə, Əzimov Rafiq Əşrəf oğlu 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub və fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. İstedadlı aktyor Qasım "Nişanlı qız" (Sabit Rəhman), Rozenkrans "Hamlet" (Vilyam Şekspir), Anton "Şeyx Sənan" (Hüseyn Cavid), Dursun "Oqtay Eloğlu" (Cəfər Cabbarlı) kimi bir-birindən fərqli 50-yə yaxın tamaşada rol ifa edib.

R.Əzimovun 50-dən çox filmdə yaratdığı obrazlar da tamaşaçıların rəğbətimi qazanıb. O, Azərbaycan Dövlət Televiziyasında hazırlanan S. Saninin "Dibdat bəy" (Dibdat bəy), İ.Səfərlinin "Göz həkimi" (İvanov), Ü.Hacıbəyovun "Ordan-burdan" (İsmayıl) teletamaşalarında müxtəlif obrazlar yaradıb.

Sənətdə qazandığı nailiyyətlərə görə Rafiq Əzimova 1982-ci ildə Azərbaycanın Əməkdar artisti və 2000-cı ildə Xalq artisti fəxri adı verilib, prezident təqaüdçüsüdür.


Tarix: 06.02.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Tarixdə bu gün