beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

11 Fevral 2015

1943 - Stalin sovet atom bombasının hazırlanması barədə göstəriş verib.
1945 Stalin, Ruzvelt və Çörçillin iştirak etdiyi Yalta konfransı başa çatıb.
1873 - İspaniyada Birinci Respublika bərqərar olub.
1953 - SSRİ İsrail ilə diplomatik əlaqələri kəsib.
1959 - Kiprin yunan və türk toplumları arasında Sürix sazişi imzalanıb.
1979 - İranın sonuncu baş naziri Şapur Bəxtiyar Fransaya qaçıb. İranda İslam İnqilabı tam qələbə çalıb.
1990 - Afrika Milli Konqresinin lideri Nelson Mandela 27 il sonra həbsdən azad edilib.
2005 - Astronomlar tarixdə ilk dəfə doğma Qalaktikadan ayrılaraq, qalaktikalararası fəzaya uçan ulduz aşkar ediblər.
1920 - Bakı Fəhlə klubunun binasında qeyri-leqal şəkildə Azərbaycan kommunistlərinin birinci qurultayı başlayıb.
1920 - Fətəli xan Xoyski Rusiyanın xarici işlər naziri Çiçerinə ikinci cavab notasında Azərbaycanın müstəqilliyinin tanınması barədə məlumat verib.
1921 - Bakıda əməkçi qadınların I Qurultayı başa çatıb.
1935 - Zərbəçi kolxozçuların II Ümumittifaq qurultayı başlayıb.
1984 - Yevlax-Balakən dəmir yol xətti istifadəyə verilib.
1992 — Azərbaycan Respublikası İspaniya ilə diplomatik əlaqələr qurmuşdur.
2000 — Azərbaycan Respublikası Surinam ilə diplomatik əlaqələr qurmuşdur.
2006 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə Rambuye sarayında ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Prezidenti Robert Koçaryanla görüşüb.


Tarix: 11.02.2015 / 10:22 Müəllif: Aziza Baxılıb: 284 Bölmə: Tarixdə bu gün