beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu gün görkəmli bəstəkar Qara Qarayevin ad günüdür



05.02.2013


Bu gün Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür. Qara Qarayev 5 fevral 1918-ci ildə anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında professor Rudolfdan bəstəkarlığın, Üzeyir Hacıbəyovdan isə xalq musiqisinin əsaslarını öyrənib. Daha sonra təhsilini Moskva Konservatoriyasında davam etdirib.

Q. Qarayev 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib. «Yeddi gözəl», «İldırımlı yollarla» baletləri, «Don Kixot», «Alban rapsodiyası» simfonik qravürləri, «Leyli və Məcnun» simfonik poeması və s. Q.Qarayevin dünya musiqi xəzinəsinə bəxş etdiyi incilərdəndir.


Tarix: 05.02.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Tarixdə bu gün