beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu günün tarixi (05.02.2013)

1286 — Fransız kralı Gözəl Filip hakimiyyətə gəlib.

1810 — Fransız imperatoru Napoleon senzuranı bərpa edib. Sərkərdənin fikrincə “çap hüququ insanın təbii hüquqlarına aid deyil”.

1818 - XIV Karl İohann İsveç-Norveç kralı elan edildi.

1869 — Dünyada ən böyük qızıl külçə Avstraliyada aşkar edilib. Hazırda muzeydə saxlanan bu külçənin kütləsi 62,5 kiloqramdır.

1885 — Belçika kralı II Leopold Konqonu şəxsi mülkiyyəti elan edib.

1902 — Fransada uşaqlar üçün iş vaxtı 12 saatdan 9 saata qədər azaldılıb.

1917 — Meksika 28 federativ qurumdan ibarət dövlətə çevrilib.

1918 — Azərbaycanlı bəstəkar Qara Qarayev anadan olub.

1919 — Yunan siyasi xadimi Andreas Papandreu anadan olub.

1924 — Qrinviç rəsədxanası BBC radiosu vasitəsilə dəqiq vaxt xidmətini tətbiq edib (saatda bir dəfə dəqiq vaxt elan edilib).

1925 — Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası təşkil etmək bərədə qərar verib.

1928 — Azərbaycan Kommunist Partiyası “Naxçıvan Muxtar Respublikası haqqında Əsasnamə” hazırlamaq barədə qərar qəbul edib.

1936 — Çarli Çaplinin sonuncu səssiz filmi “Müasir zaman” nümayişə çıxarılıb.

1939 — Azərbaycanlı kinorejissor, ssenarist, kinodramaturq, nüfuzlu "Oskar" mükafatı laureatı, Azərbaycanın xalq yazıçısı, Azərbaycanın və Rusiyanın əməkdar artisti Rüstəm İbrahimbəyov anadan olub.

1940 — Məşhur fizik Fuad Qasımov anadan olub.

1962 — Fransa keçmiş müstəmləkəsi Əlcəzairin müstəqilliyini tanıyıb. Bu, Əlcəzair xalqının 6 illik müstəqillik müharibəsindən sonra mümkün olmuşdu. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub, de Qollun istefası ilə bağlı aksiyalar başlanıb.

1975 — Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki türk əhalisinin haqlarını qorumaq üçün adaya hərbi kontingent yeritməsindən sonra Ankaraya qarşı beynəlxalq təzyiqlər başlayıb. Türkiyə adanın şimalındakı türk icmasına qarşı aparılan qırğınlara cavab olaraq 1974-cü ildə bu zəruri addımı atmalı olmuşdu. Birləşmiş Ştatlar Türkiyəyə silah satışına embarqo qoyub.

1976 — ABŞ-ın “Lockheed” təyyarə şirkətinin Türkiyə rəsmilərinə rüşvət verməsi barədə etirafı qalmaqala səbəb olub.

1991 —Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib.

1999 — Prezident Heydər Əliyev “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd edilməsi barədə” fərman verib.


Tarix: 05.02.2013 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 541 Bölmə: Tarixdə bu gün