beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lütfi Zadə ad günudur 04 Fevral

Lütfi Zadə
LÜTFİ ZADƏ
Lütfi Rəhim oğlu Ələsgərzadə
Lütfi Zadə (ing. Lotfi Zadeh; əsl adı
Lütfəli Rəhim oğlu Əsgərzadə) —
azərbaycanlı alim, süni intelellekt
sahəsində qeyri-səlis məntiq
nəzəriyyəsinin banisi, Kaliforniya Berkli
Universitetinin professoru. Bu ali təhsil
müəssisəsinin ömürlük professoru
seçilmiş yeganə şəxsdir. Amerikadakı
Azərbaycan diaspor təşkilatlarının fəxri
sədridir.
Lütfi Zadə bir çox xarici ölkə
akademiyalarının üzvüdür. O, çoxlu
sayda mötəbər cəmiyyətlərin və
fondların mükafatlarına layiq görülmüş,
medallarla təltif edilmişdir. Onlarla xarici
dövlət və ictimai təşkilatların fəxri
doktorudur. Lütfi Zadə dünyada
əsərlərinə ən çox istinad edilən
alimlərdən sayılır. Təkcə 1990-2000-ci
illərdə onun əsərlərinə 36000-dən çox
istinad edilmişdir.
Kaliforniyanın Berkli şəhərində
"İnformasiya Texnologiyaları üzrə Zadə
İnstitutu" yaradılmışdır.
Həyatı
Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində
Bakıda, Rəhim Ələsgərzadə və yəhudi
əsilli rus uşaq həkimi olan Fanya
Koriman Ələsgərzadənin ailəsində
dünyaya gəlib.
Lütfinin atası Rəhim Ələsgərzadə Cənubi
Azərbaycanın Ərdəbil şəhərində ziyalı
ailəsində dünyaya göz açıb. I Dünya
Müharibəsi illərində Ərdəbildən Bakıya
köçüb və burada ticarətlə məşğul olmaq
qərarına gəlib. İranda dostları və
qohumları vasitəsilə külli-miqdarda
kibrit alaraq onu Bakıya gətirib və kibrit
satışını təşkil etməklə özünə yaxşı
güzəran düzəldib. İşgüzar fəaliyyəti ilə
yanaşı Azərbaycan Universitetinin
Şərqşünaslıq fakültəsində təhsil alıb və
İranda çap olunan həftəlik qəzetlərin
Bakıdakı müxbiri kimi çalışıb. Bakıda
gələcək həyat yoldaşı Fanya ilə tanış
olub və valideynlərinin razılığı ilə onunla
ailə qurub.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı
məktəbdə başlayıb. Lakin 1932-ci ildə
Sovet İttifaqının İran vətəndaşı olan
azərbaycanlılarla bağlı qəbul etdiyi
qərara görə, onlar iki yoldan birini
seçməli idilər: ya Sovet Azərbaycanında
qalıb buranın vətəndaşlığını qəbul
etməli, ya da ölkəni dərhal tərk edib
getməli idilər. Ələsgərzadələr ailəsi İrana
geri qayıtmaq qərarına gəlir. Bir çoxları,
xüsusilə də yaxın qohumları bu addımın
gələcəkdə Lütfi Zadə fenomeninin
formalaşmasında böyük rolu olduğunu
qeyd edirlər. Çünki, o illərdə SSRİ-də
kibernetika, informatika, genetika kimi
elmlərə qarşı mənfi münasibət var idi və
çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi
ilə irəli gedə bilərdi.
Beləcə, o 10 yaşında ikən ailəsi ilə
birlikdə Bakını tərk edərək Tehrana
köçüb. Balaca Lütfi o vaxt rusdilli
məktəbin üçüncü sinfini bitirmişdi.
Tehrana köçdükdən sonra təhsilini
amerikalıların Albors missioner
məktəbində davam etdirib. Bu
məktəbdə o ilk dəfə olaraq Amerika elmi
və mədəniyyəti haqqında məlumat əldə
edib. Orada elmin inkişafı üçün
yaradılmış şərait onu hələ məktəb
illərindən Amerikaya çəkib. Orta təhsilini
tamamladıqdan sonra o, Tehran
Universitetinin Elektrik mühəndisliyi
fakültəsinə daxil olub. Böyük alimin
Amerika həyatı isə 1944-cü ildən
başlayır. Tehran Universitetini böyük
uğurla başa vurduqdan sonra o
Amerika Birləşmiş Ştatlarına gəlib və
təhsilini Massaçusets Texnologiya
İnstitutunda davam etdirib. 1947-ci ildə
valideynlərini də öz yanına gətirən alim
artıq bu vaxt Kolumbiya Universitetində
çalışırdı. O, 1948-ci ildə bu universitetdə
elektron mühəndisliyi üzrə magistr,
1957-ci ildə isə professor dərəcəsi alıb.
Həmin vaxt Lütfi Zadə məşhur alim,
kibernetikanın atası hesab olunan
Norbert Vinerin tövsiyəsi ilə
Kaliforniyaya, bu ştatdakı Berkli
Universitetinə gəlib. Burada ilk vaxtlar
bir qədər çətinliklər çəkən alim sonralar
şəraitə uyğunlaşıb və bu günə qədər də
Berkli Universitetinin professoru olaraq
qalır.
Bu gün dünya elminə Lütfi Zadənin 6
mühüm nəzəriyyəsi məlumdur. Hazırda
onlar elm və istehsalatda geniş şəkildə
tətbiq olunur. Ona dünya şöhrəti
qazandıran, onun dünya elmində inqilab
hesab olunan qeyri-səlis məntiq
nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın
əsası olan ikili çoxluq anlayışına yeni
ifadə vermişdir: qeyri-səlis çoxluq. Elmdə
qeyri-səlis ölçünün daxil edilməsi
təbiətdə və cəmiyyətdə gedən
proseslərin qeyri-müəyyənliyini daha
adekvat nəzərə almağa imkan yaradır.
Aparıcı dünya şirkətləri tərəfindən
tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə
işlənib hazırlanmışdır. Nəzəriyyə uzun
müddət Amerika elmi ictimaiyyəti
tərəfindən qəbul edilməsə də, ötən əsrin
80-ci illərində yapon alimlərinin
diqqətini cəlb etmiş və yaponlar bu
unikal nəzəriyyədən yararlanmaq
qərarına gəlmişlər. Lütfi Zadə
nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə
milyardlar qazandırmışdır. Bu gün
Yaponiyanın "Mitsubishi", "Toshiba",
"Sony", "Canon", "Sanyo", "Nissan",
"Honda" və digər nüfuzlu şirkətləri
qeyri-səlis məntiq nəzəriyyəsinə
əsaslanan foto ve videokameralar,
paltaryuyan maşınlar, vakum kimyəvi
təmizləyiciləri istehsalında,
avtomobillərin, qatarların, sənaye
proseslərinin idarə olunmasında geniş
istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə
qeyri-səlis məntiq nəzəriyyəsinin
sənayedəki uğurlarına görə
Yaponiyanın elm adamlarına verdiyi ən
yüksək mükafat – "Honda" mükafatı ilə
təltif olunub. Amerikalılar da bu
nəzəriyyənin qiymətini anlamağa, ondan
yararlanmağa başlayıblar. Bu gün bu
nəzəriyyə Amerikanın " General Motors",
"General Electric", "Motorola", "Dupont",
"Kodak" və başqa şirkətləri tərəfindən
istehsalatda geniş tətbiq olunur. Hazırda
bu nəzəriyyədən iqtisadiyyatda,
psixologiyada, linqvistikada, siyasətdə,
fəlsəfədə, sosiologiyada, dini
məsələlərdə, münaqişə problemlərində
də istifadə olunur.
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə
Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə
təklif etmişdir: "təəssüratlar
nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi",
"sözlə işləyən kompyuter nəzəriyyəsi",
"optimal süzgəclər nəzəriyyəsi" və "soft
kompyutinq".
Lütfi Zadənin elmdə Z-çevirmə kimi
tanınan işi diskret və rəqəmli idarəetmə,
informasiya və kommunikasiya
sistemlərinin yaradılmasının əsasını
qoymuş elmi nəzəriyyədir. Onun məşhur
vəziyyətlər fəzası, dinamik sistemlərin
idarə olunma və müşahidə olunma
nəzəriyyələri müasir idarəetmə elminin
əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik
Tədqiqatlar Mərkəzi (NASA) bu
nəzəriyyələr əsasında idarəetmə
sistemlərini tədqiq edir, layihələndirir və
tətbiq edir.
Lütfi Zadənin qeyri-səlis məntiqini
obrazlı şəkildə belə izah etmək olar:
"Aristotel məntiqi" ilə mühakimə
yürüdən beyin dünyanı yalnız ağ və ya
qara rəngdə qavrayır, "Zadə məntiqi" isə
dünyanı bütün çalarları ilə qavramağa
imkan verir. Çünki, "Aristotel məntiqi"
ikili (binar) məntiqdir, "Zadə məntiqi"
çoxmənalı (kəsilməz qiymətli) məntiqdir.
Aristotelə görə, bir müddəa ya doğru, ya
da yalan ola bilər. Lütfi Zadəyə görə, hər
bir müddəanın doğruluq dərəcəsi
doğru və ya yalan arasında (və ya sıfırla
bir arasında) kəsilməz qiymətlər alır.
"Zadə məntiqi"ndə real həyatı daha
dürüst inikas etmək qabiliyyəti var, bu
məntiqdə tolerantlıq daha çoxdur. Düz
20 il Amerika elmi ictimaiyyəti
tərəfindən qəbul edilməyən qeyri-səlis
məntiq nəzəriyyəsi, nəhayət, 1980-ci
illərdə yapon alimləri tərəfindən böyük
maraqla qarşılanmışdır. Beləliklə, bu
nəzəriyyə riyaziyyatın, kibernetikanın,
informatika və hesablama
texnologiyasının inkişafı tarixində yeni
bir dövr açmışdır. Bu nəzəriyyə bütün
dünyada elmə, texnika və texnologiyaya
geniş nüfuz etmişdir. Paltaryuyan
maşınlardan tutmuş, avtomat sürücüyə
kimi yüzlərlə, minlərlə sistemdə,
qurğuda öz tətbiqini tapmışdır. Getdikcə
həmin nəzəriyyənin əməli gücü onun
mücərrəd mahiyyətini üstələmişdir.
↑Bir bölüm geriyə dön
Akademik şəxsiyyəti
Lütfi Zadə Nyuton, Eynşteyn səviyyəli
alim hesab olunur. Onun verdiyi
nəzəriyyə bütün elmləri dəyişdi. İlk
başda məntiq həndəsə üçün
yaranmışdı. Amma Lütfi Zadənin
nəzəriyyəsindən sonra məntiqin özü də
yeniləşdi. Bu elm həndəsəni, riyaziyyatı
və digər elmləri daha dəqiqliyə səfərbər
etdi. Qeyri-səlis məntiq nəzəriyyəsi elmə
yeni baxış, yeni bir yanaşma tərzi
gətirdi. Bu nəzəriyyə hər hadisəyə, hər
qəti fikrə bir müqayisə açıqlığı gətirdi.
Bu isə elmdə ehtiyac duyulan ağıl, idrak
əlaməti oldu


Tarix: 04.02.2013 / 22:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 755 Bölmə: Tarixdə bu gün