beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfiqə Axundova: "İnsan yaşa dolanda, çox şeylər gözləyir"

Azərbaycan adını dünya musiqi salnaməsi tarixinə qızıl hərflərlə yazdıran bir çox bəstəkarlar yetişdirib. İlk peşəkar bəstəkar kimi adını tarixə Üzeyir bəy yazdırıbsa, xalq artisti Şəfiqə Axundova şərqin ilk qadın opera bəstəkarı kimi tarixə düşüb.

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın 89 yaşı tamam oldu. 90 yaşın bir addımlığında olmasına baxmayaraq, hələ də gənclik eşqi ilə yazıb yaradan bəstəkara sanki bu illər hec bir təsirini göstərməyib. 89 yaşını qeyd edən bəstəkarımız ömrünün son akkordlarının çalındığını deyir. Sənətkar onun adını tutub qapısını açan hər bir insanın gəlişinə sevinir.

Xalq artisti Şəfiqə Axundova arzularının çox olduğunu dilə gətirdi: “Təşəkkür edirəm, sağ olun yaxşıyam. Kim bilir ki, nə olacaq, hələ sağ-salamatam. Arzularım çoxdur. Mən 90 illik yubileyimi gözləyirəm”.

Saysız-hesabsız əsərlərin müəllifi olan Şəfiqə Axundova ömrünü Azərbaycan musiqisinə həsr edən bəstəkar diqqətsizlikdən narazıdır: “Mənə qarşı diqqət əlbəttə ki, azalıb. İnsan yaşa dolanda, çox şeylər gözləyir. Bəzən ürəyimdə qalanlar da olur. Mənə zəng edib təbrik edən yoxdur. Həyatdır, insan bu gün var, sabah yox. Gələn də sağ olsun, gəlməyən də”.

Biz də öz növbəmizdə Şəfiqə xanımı bir daha təbrik edirik.


Tarix: 21.01.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 321 Bölmə: Tarixdə bu gün