Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tabu görmək

Yuxular üçün ən qeyri-adi əlamət ondan ibarətdir ki, hər bir əşya, şəxs və ya assosiasiya tabu gücünü özündə əks etdirə bilər. Bu qadağalar həm müsbət, həm də mənfi rol oynaya bilər. Tabu – özünə və ətrafdakılara yönəldilmiş təhlükəli daxili potensial qüvvəni əks etdirir. Bir qayda olaraq, bu mənəvi pisliyi əks etdirən əşya şəxs və assosiasiyadır. Məsələn, tüfəng yuxuda olan digər böyük obyektlər kimi tabu daşıyıcısı ola bilər.Nadir hallarda adi bir əşya yuxuda tabu gücünə malik ola bilər. Bir çox hallarda tabu gücü əşyanın özü ilə yox, əxlaq normalarını pozan münasibətlərlə (məsələn yaxın qohumlar arasında cinsi əlaqə, həyat yoldaşının xəyanəti və ya oğurluq) bağlı olur. Digər hallarda tabu rəmzi – instinktiv olaraq tanıdığınız bi yad adamla əlaqə qurmamağa işarədir. Bütün bunlar tabunun meydana çıxması ilə bağlıdır.Belə yuxunu yozmağın əsas açarı tabu ilə bağlı olan həyati təcrübənizin konkret əşya və şəxs vasitəsilə aşkar olunmasının aşkar edilməsidir.Çox vaxt yuxuların əsas süjet xəttinin özünəməxsus məntiqi açıqlaması olur.Bu, böyüklərə məxsus fikir yürütmə qabiliyyətinin uşaq yaddaşında olması ilə bağlı ola bilər. Bəzən yuxuda böyüklərin mənəvi axtarışları mütləq şəkildə uşaqlığın yaxşı və pis əlamətləri ilə qarışır, ona görə də obrazlar gözlənilmədən praktiki olaraq yuxuda görülə bilər. Tabu ilə bağlı olan bu anlara böyük əhəmiyyət vermək lazımdır. Bir çox hallarda münasibətlərdə ən çox dağıdıcı emosional möhür və stereotiplər yuxularda aydın görünür.Obrazlar vasitəsilə tabu ağlınız əvvəl etdiyiniz səhvləri təkrarlamaqdan sizi çəkindirməyə çalışa bilər.


Tarix: 05.05.2014 / 16:04 Müəllif: Ebulfez Baxılıb: 146 Bölmə: T hərfi
loading...