beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt olsun bəylə gəlin – Təranə Qumral & Musa Musayev..

İki aşiq kama yetir
Bu xoş günə siz də gəlin
Ayrılıqlar sona yetir
Xoşbəxt olsun bəylə gəlin

Məhəbbətlər qoşalaşar
Sevincimiz aşıb-daşar
Qocalar da cavanlaşar
Bu xoş günə siz də gəlin

Xoşbəxt olsun bəylə ,gəlin
Xoşbəxt olsun bəylə, gəlin
Hamımız bir səslə deyək
Bu xoş günə siz də gəlin

Ürəyi döyünür bəyin
Naz eyləyir tazə gəlin
Hamınız bir səslə deyin
Xoşbəxt olsun bəylə, gəlin

Tərif deyək bəy,gəlinə
Düşüblər eşqin gölünə
Qovuşublar bir-birinə
Bu xoş günə siz də gəlin

Xoşbəxt olsun bəylə ,gəlin
Xoşbəxt olsun bəylə, gəlin
Hamımız bir səslə deyək
Bu xoş günə siz də gəlin


Tarix: 22.01.2015 / 19:04 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Təranə Qumral