beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payızın Mendeki Yeri.

Payızdan xoşum gelir. Bedenleri yorğun ruhların feslidir payız. Payız menim feslimdir. Bu fesilde doğulmadım deyemenimdir payız. Buludlar da ağladığı üçün mendendir payız. Sakitlik çökür payızda küçelere, sakitlik çökürderdli qelblere. Tenha, xeste qelblere. İnsanlar ölende payız olur hemişe. Payızdakı yorğunluq, küskünlük bürüyür insanı Sen adlı ağacdan bir yarpaq da düşür sevdiklerin öldükce, sevdiklerin getdikce. Ne qışı getirib unuda bilirsen, ne yazı qaytarıb yeniden başlamaq gelir elinden. Zeif düşürsen payız kimi, her gün daha çox, her gün daha artıq üşüyürsen. Yoxluqlar dondurur ruhunu. Yağdıqca sevinirsen. Sevinirsen ağlaya bildiyine. Yoxsa qeherin dondurar seni. İnsan payız var olduğu üçün güclüdür. İnsan dolub- dolub boşaldıqca, sellerini axıtdıqca yanağından aşağı ölmeye bilir, getirmeye bilir derdleri ile derdli qışı. Darıxıram. Üreyim çırpınır neyi ise gözleyen adamlar kimi. Gözlediyim yoxdur ki, payızdan savayı. Men bir tek payızı gözledim, Seni gözlediyim kimi. Payız gelende yadıma düşür senin getmeyin. Seni itirmeyim, mende ölmeyin payızda gelir ancaq yadıma. Payız ovudur meni, men güldükce gülenlerim getdi hamısı. Birce payız meni göz yaşlarımla tek qoymadı,ağladı menimle - menim derdime. Birge ağlayırıq payızla , Sene. Sen mene xoşbextlik verdin gedişinle. Çünki sen gedenden payız geldi ömrüme. Sevdiyim fesille bir ömür boyu yaşamağı bexş etdin mene. Öz ömrün yazlarda, qışlarda belke. Payızın mendedir, payızın menimledir. Payızı görürem men her güzgüye baxanda. Nemli gözlerimde bir qara bulud. Saralmış benizimde xezan görürem. Heç bir ümidim yox axrım soyuq qış. Senli yazlarımı uzaq görürem. Yox olub üzümden gülüşüm. Gedib hemişelik senli güneşim.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 192 Bölmə: Sevgi varmı?