beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hekaye

Bu hadisə soyuq bir qış
günü olmuşdu. Təxminən
saat 8:30 radələrində 80
yaşında nurani bir qoca
baş barmağındakı tikişi
sökdürməyə gəlmişdi.
Görünürdü ki, o çox tələsir,
o titrək səsi ilə saat 9:00-
da vacib işinin olduğunu
bildirdi. Mən təəssüf hissi
ilə ondan gözləməyini
xahiş etdim, çünki bütün
həkimlər məşğul idilər və
onu 1 saata ancaq qəbul
edə bilərdilər. Ağsaqqal
kədərli halda tez-tez saata
baxırdı və bu məni
təsirləndirdi. İşim
olmadığı üçün onun
barmağına baxmağı
qərara aldım. Barmağını
müayinə edən zaman biz
onunla bir az söhbət etdik.
Mən marağımı gizlədə
bilmədim və soruşdum: —
Yəqin siz başqa bir
həkimə də getməlisiniz,
ona görə belə tələsirsiniz?
— Xeyr, belə deyil. Mən
saat 9-da xəstəxanada
olmalıyam. Yoldaşımın
səhər yeməyini
verməliyəm. Bu zaman
mən ondan yoldaşına nə
olduğunu soruşdum Yaşlı
kişi cavab verdi:- Onda
Alçqeymer xəstəliyi
tapıblar... Mən saata baxıb
soruşdum: -Bəs siz
geciksəniz o narahat
olmaz ki? Qocanın sözləri
məni təəccübləndirdi:
Yoldaşım məni artıq 5 ildir
ki, tanımır, hətta mənim
onun nəyi olduğumu da
xatırlamır. O yaddaşını
itirib. — Buna baxmayaraq
siz hər səhər ora gedir,
ona qulluq edirsiniz? Axı o
sizi tanımır? Niyə bu
qədər əziyyət çəkirsiniz?
Qoca gülümsünərək cavab
verdi: — O məni
xatırlamır, mən ki, onu
xatırlayıram. Mən göz
yaşlarımı güclə saxladım,
qoca gedəndən sonra
uzun müddət özümə gələ
bilmədim: Bu ki, mənim
daim axtardığım sevgidir”
Hətta elə ağır xəstəliyinə
baxmayaraq o qadın
xoşbəxtdir, çünki onu
sevən belə insan var.
Həqiqi sevgi – nə fiziki
ehtiras, nə də
romantikadır. Əsl sevgi hər
şeyi olduğu kimi qəbul
edə bilməkdir- necə olub,
necə var və necə də
olacaq...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Sevgi varmı?