beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gece Oxusu....Maraqli Hekaye...04.01.2013

Gordu ki, here oz kefindedir. Reqs eleyirler, letife soyleyib gulusurler, bade cingildedirler... Astaca qapini aralayib icki, tutun qoxulu o alemden qopdu, pillekenle heyete dusdu. Ay ipiri idi, her yani nura boyamisdi. Evvel ele bildi, qar yagib. Eyilib yerden qar da goturmek istedi. Ancaq barmaqlari torpaga surtunende basa dusdu ki, bu teze il de qarsiz gelir omurlerine. Lap uzaqda noqte boyda isiq isarirdi. İse bax. Sen deme, bunlardan basqa da Yeni ili bagda keciren var imis... Siqaret yandirdi. Evveller ele basa dusurdu ki, heyatda daimi hec ne yoxdur. Ona gore de oz ugursuzluqlarinin evvel-axir qurtaracagina inanirdi... İndi bu inam da itmisdi... Teneklerin arasi ile bir-iki addim atdi. Birden xisilti esidib diksindi ve... yerinde donub qaldi. Su quyusunun yaninda bir qadin ellerini sinesinde carpazlayib dayanmisdi. Ozu de paltari ele bil qizildan idi, alisib yanirdi. Qadin onu gorende gulumsedi:
– Siz de cixdiz?
Tanidi qadini. Lap kuncde, Raufun yaninda oturan idi.
– He, gordum, hami bir-birine qarisib, mene mehel qoyan yoxdur, cixdim... Qadin ah cekdi:
– Ele men de.
Bir de onu gordu ki, duz qadinin qarsisindadir ve sual verir: – Bes usumursuz? Soyuqdur axi?
Arabir soyuq kuleyin viyiltisi esidilirdi. Kurkunu qadinin ciynine saldi. Qadin bir az dartindi: – Ozunuz geyinin, men usumurem.
Sonra sakitlesdi:
– Cox sag olun. İstemirem, bir de palto ucun iceri girim.
Bir muddet Aya baxdilar. Qadin elini uzatdi, guya, tutacaqdi onu: – Omrumde bu boyda Ay gormemisdim.
O da elustu dillendi:
– Ele men de.
Qadinin bir addimliginda durmusdu. Etir qoxusu, hem de nefesi ona deyende ureyi ucundu, titrek sesle dedi: – Olar, sizden bir soz sorusum?
– Lap besini sorusun.
– Siz Tofiqin neyisiz?
Qadin tutuldu. Dillenmedi. O, tez sozunu deyisdi:
– Belke, yellenek?
Yellenceye qalxdilar. Yellendikce Ay, ele bil, dovre vururdu baslari ustunde. Qadin az qala qisqira-qisqira sorusdu: – Sizin adiniz nedir?
O da belece qisqirdi:
– Bayaq Tofiq bizi tanis eledi axi. Menim adim Rufetdir. Sizinki ise Nergiz. Bir muddet yellendiler. Rufet qizinin karuselleri xoslamasindan, oglunun decelliyinden, arvadinin qaygilarindan danisdi. Nergiz dedi:
– Saxlayin, basim firlanir.
Rufet istemese de bunu etmeye mecbur oldu.
Dasin ustunde oturdular.
Nergiz barmagi ile, sanki, dasin ustunde sekil ceke-ceke sorusdu: – Coxdan evlisiz?
– Dord ildir. Bes sizin aileniz yoxdur?
Nergiz icini cekdi:
– Bir qizim var, erdedir.
Rufet teeccublendi. Uzundeki teeccub qarismis gulumser ifade ile sual verdi: – Belke, neveniz var?
Nergiz sekil cekmeyi yigisdirdi:
– İnanmirsiz? Ozunuz bilin. Bes aydir ki, kocurmusem qizimi. Menim 36 yasim var. Siz deyen qeder de cavan deyilem... Erim ise olub... Menim ucun... Sonra koks oturdu:
– Bes ne eceb arvadiniz razi olub bura gelmeyinize?
Rufet de koks oturdu:
– Qayinatamgilin eneneleri var: her Yeni ili butun aile bir yerde kecirir. – Siz niye getmediz?
– Evlendiyim ili getdim, gorduyumu gordum.
Nergiz maraqla Rufetin gozlerinin icine baxdi:
– Ne gorduz ki?
– Hec... Xosuma gelmedi onlarin meclisi. Bacanaqlarim ele oturub-dururlar, guya, bunlardan savayi kisi yoxdur. Yagli yerde isleyirler de... Men ise adice televizor ustasiyam... Agzimi acan kimi sozumu kesirler. Yoldasim da ayagimi tapdalayir ki, birden artiq-eskik danisaram. Qayinatam onlara “can” deyir, mene ise mehel qoymur... Her il yoldasima deyirem, getme. Aglayir, dalasir, kusur. Men de dozmurem, razi oluram. Usaqlari da aparir... Her Yeni il axsami menim en yalqiz gunum olur. Bu gun de oturub televizora baxirdim. Gordum, Tofiq zeng caldi ki, baga yigisiriq. Dogrusu, teeccublendim. Bu qis vaxti ne bag? Ancaq razilasdim. Usaqlari da coxdan idi gormurdum. Biz axi dord dost olmusuq: Tofiq, Rauf, Akif, bir de men... – Dordunuzun de adinda “f” herfi var ki?
– He? Hec fikir vermemisdim.
Azaciq susdular. Sukutu Nergizin sesi pozdu:
– Bir sey desem, aciginiz tutmaz?
– Elbette, yox.
– Deyesen, Tofiqle araniz serindir axi. Men fikir verirdim, o biri dostlarinizla elediyi zarafatlari sizinle elemirdi... Rufet icini cekdi:
– Vaxtile Tofiqle cox yaxin olmusuq. Sonra Rauf cixdi, Tofiqin mene olan isteyinin yarisindan Raufa pay dusdu. Sonra Akif peyda oldu. Belece, gunlerin birinde gordum, artiq adama cevrilmisem, unudulmusam. Basa dusurem, bu gun niye meni xatirlayiblar. Buna deyerler, xala xetrin qalmasin. Yene bir muddet susdular. İceridekiler el calir, ayaqlarini yere doyurduler. Nergiz dedi: – Kefdedirler.
Rufet sesini yavasitdi:
– Kecmis dostlar, kecmis tanislar, kecmis mehebbet... Sizin kecmis mehebbetiniz belke de hec olmayib... Nergiz gozlerini pencereye zillemisdi. Rufet ise, ele bil, oz-ozune danisirdi: – Menimse olub. Qabaqlar deli-divane idik. Sonra esitdim ki, basqasini da sevib hacansa. Bunu ozume sigisdirmadim... Nergizin gozu pencereden qopmurdu:
– Siz otaqdan cixanda Tofiq reqs eleyirdi?
Rufet ozu ile sohbetine ara vermeli oldu:
– Gerek ki, yox... Sohbet eleyirdiler.
– O qara donlu qizla?
– Fikir vermedim. Nergiz durub var-gel elemeye basladi:
– Bir saata yaxindir ki, burdayam, basi nece qarisibsa, hele de xeberi yoxdur... Rufet bu barede cox dusunmusdu. İnsanlar butun omurleri boyu xosbextlik gezirler, ancaq hey agriyla, ezabla, olumle uzlesirler... Nergiz esebilesdi:
– Siz kisiler haminiz belesiz? Evvel yalvarirsiz, diz cokursuz, ele kecirenden sonra ise kobudlasirsiz, zeherleyirsiz adami. Bir sehv idi, ezabini ceke-ceke yasayirdim. Bu da omrumde ikinci sehvim oldu. İndi de, yeqin, o qara donluya vurulub? Niye evlenmir? Gor, necesinin heyatini zeherleyib. Ondan da soyuyacaq. Gul tek qoxulayib tullayir qadinlari. Vehsidir, yirticidir, eclafdir... Men axmaqsa, onu sevirem... Bura da meni, yeqin, ona gore cagirib ki, yeni sevdasindan xeber tutub rahat buraxim onu... Ses-kuy lap yaxinlasdi. Qapini acmisdilar. Nergiz umidle ora baxdi. Ancaq tez de bagladilar. O, uzu pencereye teref donub qaldi. ... Goresen, nece saat idi heyete cixdigi? Rufet bedeninin soyuqdan gizildediyini indi hiss etdi, o da durdu, gezinmeye basladi. Teneklerin arasi ile bir xeyli getdi. Geri qayidanda Nergizi
aglayan gordu. – ... Anam vardi, dozurdum. İndi her seyden elim uzulub. Harda qoca goruremse, ureyim yerinden qopur. Ele bilirem ki, anamdir qarsimdaki. İsteyirem, hey qulluq eleyim ona... Qonsuluqda bir qari var. Hemise elinden tuturam. Bir defe dedi: “Xosbext ol”. Qulaqlarima inanmadim, sorusdum: “Ne deyirsen?” Bir de tekrar eledi. Dedim, men hara, xosbextlik hara? Yolkani qurmusdum. Biskvitli tort da bisirmisdim. Dedim, qizim geler. Qudamgil meni beyenmirler. Tofiqle tanisligima gore. Qoymadilar qizi. Belke de, hec ozunun meyli olmadi. Zeng eleyib yeni ilimi tebrik eledi. Vessalam. Getdim qarinin dalinca. Osa qulaq yoldasim olardi. Gordum, onun da oglu dalinca gelib. Dedim, bextever basina. Hec olmasa, bayramdan-bayrama yada dusur... İki il qabaq yeni ili ucumuz qarsilamisdiq: anam, men ve qizim. Kecen il qizimla men idik. Bu il ise tek qaldim... Televizor da islemir. Oturub yolkaya baxirdim ki, bir de senin Tofiqin zeng eledi... “Televizor islemir” kelmesi, sanki, Rufeti yerinden terpetdi:– Niye gostermir televizorunuz?
– Ne bilim, agarir, ancaq sesi-zadi yoxdur...
Rufet gozlerinde azaciq isiq, derhal dillendi:
– Bildim nedendir, birce deqiqeye duzelderdim onu...
Qapi yene acildi. Nergiz yene umidle ora boylandi. Qapi baglananda sorusdu: – Sehere nece saatliq yoldur?
– 40-45 deqiqelik.
– Yeni ile ise bir saat qalib...
Rufet yene siqaret yandirdi. Qeribe isdir: insanlar her yeni il axsami deyirler, gulurler, senlik eleyirler... Bes qazandiqlari nedir axi? Eslinde, omurlerinden bir il de itirirler. İtkiye ise adam hec vaxt sad olmamalidir. Olun olur, durub toy- bayram edirsen? ... Nergiz bir de tekrar eledi:
– Belke, gedek?
Rufet dinmedi.
– Niye susursuz? Qoy basa dussunler ki, bizim de hissiyyatimiz var. Siz televizoru duzeldersiz, men de sizi torta qonaq ederem. Rufetin qolundan yapisdi:
– Siz Allah, gelin, gedek.
Rufet yungulce dartindi:
– Olmaz axi, yaxsi dusmez...
Nergiz incikliyini gizletmeden ondan aralandi:
– Bes, sizce, onlarin hereketi yaxsi dusur? Herden nedense insanlar yalan soylemeye, basqa bir obraza girmeye mecbur olurlar. Bu gun seni qane eden, sene serfeli olan munasibet artiq sabah agir bir buxova cevrilir, yeni munasibetlere dogru yolunda sene manecilik toredir... Ondan qopmaga mecbur olursan, ayagina dolasan demir zencir kimi onu tapdalayib, palciqda qoyub gedirsen... Amma bununla yanasi, “yaxsi cixmaz” dusuncesi ile bu elediklerini onun ozunden gizlemek mentiqsizliyine de el atirsan... Cilpaq iken, ozunu paltarli gosterdiyini zenn edirsen... ... Rufetin iceri girmeyi ile cixmagi bir-iki deqiqe cekdi:
– Bu da paltonuz. Yaxsi ki, tekce sizin paltonuzun rengi agdir, yoxsa casib qalardim... Heyf ki, goren oldu... Ay bir az da irilenmis, hava bir qeder de soyumusdu. Kanalin qiragi ile gedirdiler. Yol kele-kotur idi. Nergiz budredikce Rufet onun qolundan yapisirdi. – ... Siz televizoru duzeldersiz, men de cayi qoyaram qizmaga. Xorek cekerem, tortu keserem. Qab-qacagim ele duzuludur. Rufet oskurdu.
– Deyesen, size soyuq deydi? Her sey menden oldu, kurkunuzu elinizden aldim... – Bos seydir.
– İsteseniz, belinize banka qoyaram. Lap keci piyi ile ovaram... Bu deyilenleri xeyalinda canlandiran Rufet ozunu naza da qoydu: – ... Beri basdan bildirim: men hind cayini xoslamiram, heyf deyil, Azerbaycan cayi! – Bes xoreklerden neyi xoslayirsiz?
– Ferqi yoxdur. İndiye kimi menim sifarisim ile xorek bismeyib. – Bu gun biser. Men sevimli xoreyinizi bisirerem, siz de alboma baxarsiz. Qizimin her il ad gununde seklini cekdirmisem. 18 dene sekil. Dostunuz da xoslayirdi sekillere baxmagi... Nergiz ah cekdi... Uzundeki bayaqki donuq ifade yeniden geri qayitdi. Bir qeder de irelilediler. Dongeni basa vuranda seherin isiqlari gorundu. Rufet sevincek qisqirdi: – Odey, mikrorayonun isiqlari... Ev indi istidir... Reqs elemeyi bacarirsiz? Nergiz arxaya baxirdi:
– Deyirsiz, paltonu goturende goren oldu?
Rufetin addimlari birden-bire agirlasdi. O, meyusluqla:
– Oldu, – soyledi.
Sakitce getmekde idiler. Ara-sira kuleyin viyiltisi esidilirdi. Birden arxadan siqnal sesi geldi. Masin isigini onlarin ustune salmisdi. Nergizin sesi titredi: – Odur...
Rufet de icini cekdi:
– He.
Sehere lap yaxinlasmisdilar. Nergiz Rufetin qolundan yapisdi: – Gelin, qacaq.
– Olmaz axi...
– Yox, olar. Qoy gorsun ki, men esya deyilem. Qoy gorsun ki, ondan qaciram, ona nifret eleyirem... Dogrudan da, qacmaga basladilar...
Deyesen, masin da suretini artirdi. Nergiz nefesini dere bilmese de, qiriq-qiriq sozler deyirdi: – Deli olur indi... Qoy olsun...
Sonra dayandi:
– Yaziqdir... Qoy gelib catsin. Bu kele-kotur yolda biz ondan berk gedirik... Rufet de dayanmali oldu. Onun gozunde bir alem ucub dagilirdi: isti otaq, agaran, ancaq sesi cixmayan televizor, bezedilmis kuknar, biskvitli tort... Nergizin sesi, sanki, lap uzaqdan gelirdi:
– Men onun dalimca geleceyini bilirdim. Baxarsiz, nece pesmanciliq cekecek... Susub masinin gelib catmasini gozlediler. Bu bir an bir il qeder uzun oldu, ele bil. ... Masin Nergizin qarsisinda dayandi, kok bir kisi basini cixarib teessufle dedi: – Qacmaginizdan bildim ki, berk usuyursuz... Ancaq vallah yerimiz yoxdur... Ozumuz gucle sigismisiq... Dedik, gedib bir kabab cekek bagda... Rufet masini otub kecenden bir muddet sonrayadek baxislari ile musayiet etdi. Arxa “stop”larin qirmizi isigi tam gorunmez olduqdan sonra icini cekdi, Nergiz semte cevrilib titrek sesle dedi: – Belke, qayidaq?
Nergiz hicqira-hicqira aglayirdi. Goz yaslari Ay isiginda berq vururdu.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 579 Bölmə: Sevgi varmı?