beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tenha Xanima Gece Oxusu...Baliq

Dəhşətli əzablardan yaxa qurtarmağa çalışırdı balıqçı. Allaha yalvarmaqdan da qorxurdu. Çarəsiz vəziyyətdə çırpınırdı. Dili söz tutmasa da ürəyində Allaha yalvarmaq istəyirdi. Amma qorxurdu ki əzablarını Allah daha da artırsın.

Bu əzablardan bir xeyli şükrənli əzaba düşmüşdü əvvəllər. Və onda Allaha yalvarmışdı ki məni bu bəladan qurtar, bir də soxulcanları qəddarlıqla diri-diri qarmağa taxmayacağam. Mən indi bildim ki soxulcanlar nə çəkir.
Amma sağalan kimi vədini unutmuşdu balıqçı.

Onda həkimin dediyinə görə buz kimi daşın üstündə uzun müddət oturduğuna görə babasil olmuşdu. Və babasil üçün istifadə olunan mil bağırsaqlarında hərlənəndə soxulcanlar düşmüşdü yadına ki- gör onlara nə əzab vermişəm. Yəqin soxulcanların qarğışı tutub məni. Elə onda Alaha yalvarmışdı dönə-dönə. Özünün dediyinə görə Allah onu eşitmişdi onda. Və sonralar o babasil ağrılarından cana doyub Allaha yalvararkən Allaha verdiyi sözü tutmadığının bəlasın çəkəcəyini heç düşünməmişdi də. Bu da axırı-indi də onun düşüncəsinə görə Allah balıqların əziyyətini çəkdirirdi ona.

Iki dəfə narkoz vurulsa da sanki heç nə olmamışdı. Çimdikləyən olsa da hiss edərdi.
- - -
Dünən uşaqlara balıq qonaqlığı verirdi. Balığın az olacağından qorxaraq evindən telefon xətti üçün nəzərdə tutulmuş nazik naqillə çaya elektrik çəkmişdi. Sanki bu telefon xətti balıqlara ölüm kabusunun gəldiyini xəbər verirdi. Bir xeyli balıq tutdu uşaqlar gəlincə. Demək olar ki balıqlara qarşı soyqırım yapmışdı. Sonra da uşaqlar ocaq qalayınca qarmaqla bir-iki iri balıq tutdu. Xırda çeçələ barmaq boyda balıqlara gözucu baxmayan uşaqlara sanki özünü göstərirdi:
-Sarılığın bir nömrəli dərmanıdı ay bədbəxtlər, siz nə bilirsiniz belə şeyləri.

Beləcə də az qala bir xıçma xırda balığı uddu balıqçı. Sonra da içkinin təsirindən başladı başqa məharətini də göstərməyə. Balığı qılçıqlı-qılçıqlı yeməyə. Bu da axırı. Böğazında qılçıq qalmışdı. Nə qədər su içsə də , üstündən quru çğrək yesə də xeyri olmadı. Daha da boğazı pis hala düşdü. Sanki boğazı qarmağa keçmişdi.
- - – - -
Narkoz təsir etmədiyindən qarnının tüklərinin quru-quru qırxıldığını hiss etdi. Gözünün önünə gəldi-balıqların diri-diri pulcuqlarını təmizləməsi. Off onlar nələr çəkirmişlər. Ən əzablısı sonra oldu. Qarnını yardı həkimlər. Balıqların qarnını necə yardığını gözləri önünə gətirdi. Və balaca oğlu düşdü yadına.

Bir gün evə xeyli balıq gətirmişdi. Arvadın nəsə başqa işi vardı. Balaca oğlu ilə birlikdə başladılar balıqların qarnını yarmağa. Bir də balaca oğlu ona dedi:
-Ata, qoy bir az keçsin, sonra özüm hamısının qarnını yararam, sən heç zəhmət çəkməzsən.
-Ay axmaq, hazır elə isti-isti yar də balıqların qarnını.
-Ata, hələ ölməyiblər, diri-diri yara bilmirəm, yazığım gəlir
-Axmaq oğlu axmaq. Məndən olub mənə oxşamayan beyşüür. Rədd ol gözüm səni görməsin, leşmi yeyək indi biz?
- – - -
Elə bağırdı ki bəlkə də səsi dünyanın bütün balıqlarına çatdı. Bağırsaqları da mədəsi də yarılmışdı. Xırda, “sarılığın dərmanı” balıqlar həzmə getməmiş, mədəsində daşlaşmışdılar.

Bu onun son bağırtısı oldu.
Amma balığı necə yediyini gözünün önünə gətirə bilməyəcəkdi torpaq onu yeyərkən.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi varmı?