beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Budu.

Genc idiler, çox genc… Bir-birleri
ile danışacaq cesareti tapmaları
vaxt aldı, amma nehayet
bacardılar.eslinde heç biri her
seher avtobusa mindikleri terefde
yaşamırdılar. Oğlan dostugilde
qaldığı üçün hemin dayanacaqdan
minmişdi, qız ıse ise bacısı gilde.
Sırf bir-birlerini göre bilmek üçün
her seher tezden evlerinden çıxıb
şeherin taaa o başından hemin
dayanacağa geldiklerini güle-güle
bir-birlerine etiraf etdiler bir
gün…Universiteti bitiren kimi
evlendiler. Xoşbext idiler, çox
xoşbext. Bezen işsiz, bezen pulsuz
qaldılar. Amma qelbleri bir-birine
ele bağlı idi ki, heç bir şey
gözlerine görünmürdü. Ayın
sonuna gücle çatdıqları
zamanlarda da, meşhur bir hekim
ve meşhur bir memar olduqları
zamanlarda da hemişe xoşbext
idiler.Zamanın aşınmasına
uğrayan, alışqanlıqlara çevrilen
sevgilerden deyildi onlarınkı…
Günler günleri, iller illeri
qovaladıqca sevgileri de böyüdü,
böyüdü… Tek çatışmazlıqları
övladlarının olmaması idi.Çetin
bir müalice kursu keçmelerine
baxmayaraq övlad sahibi
olmadıqlarında,“bütün
xoşbextliklerin bizim olmağını
gözlemek naşükürlük olar”—
deyerek davam etdiler heyatlarına.
Övlad yerine sevgilerini
böyütdüler...“Senin üçün ölüme
gederem deyerdi Sevda ona
sarılaraq“yox, men senin üçün
ölerem”deye cavab vererdi Aqşin.'
Bezen eve gelende aynanın üzerinde
bir qeyd görerdi Sevda, “Ezizim,
kitabxananın ikinci refine bax...”.
Kitabxananın ikinci refinde başqa
bir qeyd olardı, “Metbexdeki
stolun üzerine bax ve seni çox
sevdiyimi heç zaman unutma”.
Metbexdeki stoldan yataq
otağındakı şkafa qeder sevgi dolu
qeydleri oxuya-oxuya gelen qadın,
en sonunda ya bir deste gül, ya
çox sevdiyi şokoladlar, ya da
bahalı hediyyelerle qarşılaşardı.
Aldığı hediyyenin ne olması heç de
esas deyildi... Heyat ne qeder
süretle axırsa axsın, işleri ne qeder
gergin olursa olsun her zaman bir-
birlerine ayıracaq zaman
tapırdılar. Buna baxmayaraq 40
yaşlarına geldikde daha az
işlemeye qerar verdiler. Aqşin
xestexanadan ayrıldı ve şexsi
müayine otağında xeste qebul
etmeye başladı. Sevda ise ofisini
bağladı ve sadece xüsusi layihelerle
işlemeye başladı.Artıq daha çox
bir yerde ola bilirdiler. Bir gün
sahilde dolaşarken xaraba ev
gördü Sevda, üzerinde “SATILIR”
elanına baxaraq “”ne deyirsen, bu
evi alaq?” dedi Aqşine. “Bu
xarabanı söküb, üzreinde çox
gözel bir ev tikerik. Layiheni artıq
beynimde çekdim. Çox böyük bir
eyvanı olan, qağayıları seher
yemeyine devet ede bileceyimiz bir
deniz evi...”“Sen istediyine men heç
“yox” deye bilerem?” – deye cavab
verdi Aqşin. “Amerikadakı tibb
konqresinden dönen kimi emlak
meselelerin ile mağşul olan adama
zeng ederem. Neçeye olursa olsun,
bu ev bizimdir artıq...”Sadece 1
hefte ayrı qalacaqlarını bilselerde,
ayrılmaları çox çetin oldu. Her
gün, her saat danışdılar telefonda.
Göz yaşları içinde qucaqlaşdılar
aeroportda.Ancaq bir neçe gün
sonra heyat yoldaşında bir
qeribelik olduğunu hiss etdi Sevda.
Evvelki kimi xoşbext görünmür,
danışmaqdan qaçırdı. Onun kefini
açmaq üçün sahildeki evi yadına
saldı ve çekdiyi layiheni verdi ona,
amma heç gözlemediyi bir cavab
aldı: “Canım, o ev bizim büdcemize
uyğun deyil. En yaxşısı onu
unut...”Xoşbextliyin dadına
öyreşmiş insanlara bu kimi hallar
daha da çetin gelir. Sevdaya heç xoş gelmedi
gözlenilmeyen cavab. Derdini
demesi üçün yalvardı Aqşine,
“senin üçün ölerem, bilirsen, xahiş
edirem danış” – deye dil tökdü boş
yere… İllerdi sevdiyi adam
duyğusuz, sevgisiz biri ile yer
deyişmişdi sanki. Ona
yaxınlaşmağa çalışdıqca, beton
divarlara çırpılırdı ele bil. Her
çırpılanda daha çox qanayırdı
üreyi...Bir gün uşaqlığının,
gencliyinin ve bütün heyatının
birlikte keçdiyi refiqesi ile
derdleşerken, “artıq döze bilmirem,
sene demeliyem bunu” — deye
sözünü kesdi refiqesi. “O, seni
aldadır. İş yerimin düz
qarşısındakı restoranda genc bir
xanımla her gün nahar edir. Sonra
da bir-birlerine sarılıb maşına
minirler...”“Sus! Sus! Eşitmek
istemirem bu yalanları” – deye
bağırdı Sevda. Neçe illik refiqesini
onun xoşbextliyini qısqanmaqla
günahlandırdı...Ertesi gün nahar
vaxtı o restoranın qarşısında bir
künce sıxıldı sessizce ve peri
nağıllarının sadece nağıl olduğunu
başa düşdü… Heyat yoldaşının
evveller eyni xestexanada işlediyi
genc tibb bacısını tanıdı o saat.
Bezen evlerine qonaq gelen qadına
nece sarıldığını gördü
Aqşinin...Axam heyat yoldaşı eve
geler-gelmez bezen bağıraraq,
bezen ağlayaraq, bezen ona
möhkem-möhkem sarılaraq, bezen
de yumruqlayaraq söyledi üzüne
her şeyi. İnkar etmedi Aqşin.
Zamanla hisslerin deyişe bildiyini,
insanların orta yaşa çatdıqda
ferqlilik axtardığı kimi bir neçe
behane sadaladı ve çemodanını
götürün çıxdı evden. Qapıdan
çıxarken “son bir defe qucaqlamaq
isteyirem seni” – dedi, amma Sevda
“redd ol” – dedi nifretle... İlk andaca boşandılar… Leyli ve
Mecnunun bele hesed apara
bileceyi müasir bir eşq
macerasının bele sonlanmasına
heç kim inana bilmirdi.
Dostlarının desteyi ile ayaqda
durmağa çalışdı qadın. Aqşinin
sevgilisi ile birge Amerikada
yaşadığını öyrendi. Bezen tek
qaldığında onu hele de sevdiyini
hiss edince, ağlamaq krizisi
keçirir, sevgisinin yerini en az
onun qeder nifretin evez etmesi
üçün dua edirdi.Aradan bir il
keçdi… Her şeyin dermanı olduğu
söylediyimiz zaman bele Sevdanın
derdine elac olmamışdı. Bir seher
dayanmadan çalınan qapı zengine
oyandığında, qarşısında o qadını
gördü. “Sen buraya ne üzle
gelmisen?” – deye bağırmaq istedi,
amma sesi çıxmadı. “Xahiş edirem,
içeri girmeyime icaze ver, mütleq
danışmalıyıq” – dedi genc qız.
Divanda oturdu ve çetinlikle
eşidilecek bir sesle danışmağa
başladı:“Her şey göründüyü kimi
deyil eslinde. Çox ağrılıdır, amma
Aqşin 1 saat evvel öldü. Keçen il
Amerikadakı konqrese getdiyi
zaman öyrendi xesteliyini ve
texminen 1 il ömrü qaldığını. Buna
senin döze bilmeyeceyini, her
zaman dediyin kimi onunla
birlikde ölmek isteyeceyini bilirdi.
Seni özünden uzaqlaşdırmaq üçün
menden sevgilisi rolunu
oynamağımı istedi. Ailesine de
xeber vermedi. Bir yerde
Amerikada yaşadığımız yalanını
yaydı. Amma özü ilk
qarşılaşdığınız avtobus
dayanacağının qarşısında bir ev
tutmuşdu. Müalice alır ve
sağalacağına inanırdı. Amma
olmadı. Gece halı pisleşib, baxıcı mene
zeng etdi, son anda çata bildim.
Sene bu qutunu vermeyimi
istedi...”Gözlerinden axan yaşları
dayandıra bilmeyeceyini bilirdi
Sevda. Ele burdaca ölmek isteyirdi.
Elindeki qutunu açdı, xüsusi
diqqetle bükülmüş xeyli sayda
kağız var idi içinde. İlk kağız
parçasında “xahiş edirem, bu
kağızları sıra ile oxu, sevgilim” –
yazılmışdı… Sıra ile oxudu; “Sen
çox sevdim”, “Seni sevmekden heç
zaman usanmadım”, “Senin üçün
ölerem deyirdin her zaman, doğru
söylediyini bilirdim”, “Ancaq
menim üçün ölmeyini istemedim”,
“İndi mene söz vermeyini
isteyirem”, “Menim üçün
yaşayacaqsan, oldumu?”.Son
kağızı götürende qutuda bir açar
olduğunu gördü Sevda… ve son
kağızda bu yazılmışdı:“Sahildeki
evimizi senin çekdiyin layihe üzre
tikdirdim. Böyük eyvanda
qağayılarla seher yemeyi yeyerken
her zaman seni izleyeceyem...”


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 543 Bölmə: Sevgi varmı?