beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Sevdanin Omru Gunu Bitmesin.

Cox çetinlikle başladı tanışlığımız daha doğrusu dalaşaraq tanış olduq. Halbuki tanışlıq meqsedile danışmamışdıq. Gün keçdikce bu dalaşmağımız bizim tanışlığımız üçün bir başlanğıc oldu. Bir-birimizi tanımağa çalışdıq. İlk evveller seni tanıya bilmirdim daha doğrusu seni her kes kimi, bütün qızlar kimi bilirdim amma aradan zaman keçdikce fikrimde yanıldığımı hiss etdim. Senin, bütün qızlar kimi olmadığının şahidi olurdum günbegün ve bu da mende sene qarşı isteyimi, sevgimi daha da atırırdı.

Çox dalaşıb barışırdıq. Bu dalaşıb-barışmaqlar sanki münasibetin daha da möhkemlenmesine kömek edirdi. Deyir: çekişmesen berkimezsen. Beli bizde bu cür olmuşduq. Her dalaşıb-barışdıqdan sonra daha da mehribanlaşırdıq, daha da çox istiyirdik bir-birimizi. Artıq bağlanmışdım sene özümde bilmeden. Bağlanmaq sevmekden beterdi deyirler. Beli men artıq seni sevdim ve seni sevdiyimi sene nece deyeceyimi düşünürdüm artıq. Senle günbegün danışdıqca bu isteyimi sene çatdırmağa da çalışırdım her sözümde, her kelmemde. Hetta bir defe söz arası bildirmeye çalışdım sense sadece gülüb keçdin. Belkede ciddiye almamışdın fikrimi. Çünki mene her zaman sadece mehriban oldun, sadece çox istedin başka heçne. İkinci defe yene bildirdim isteyimi yenede tam olaraq heçne dememişdin. Amma yene de geri çekilmedim. Yene de senin sevgini qazana bilmek ümidimi itirmedim.



Çünki fikrimde qerarlıydım. İsteyimi sene isbat etmeliydim. Çünki seni itirmek menim üçün çox şeyi itirmek demek idi. Sen mene çox şeyi öyretdin. Çox deyişdin sen meni. Senden sonra heyata doğru-düzgün baxmağı öyrendim men. İnsanları tanımağı öyrendim men. Sene göre çox şeyden imtina etdim. Demek olarki serbestliyimin çox hissesinden imtina etdim. Çünki heyatımda kimseye bu qeder bağlanmadım. Artıq mende SEN olmaq istiyirem.

Düzdü çox qızlar tanıdım, çox qızlarla danışdım. Hamısı da sanki neyinse qarşılığında danışdılar. Amma sen tam ferqli biri oldun. Sen heç bir qarşılıq gözlemeden, heç bir temanna güdmeden tanıdın meni. Bax
budur meni sene bağlayan, budur seni menim gözümde ferqli eden. Saflığın, paklığın her şeye deyer menim üçün. Üreyinde paxıllıq, pislik olmuyan birisen SEN. Körpe usaq beyni kimi tertemiz. Budur seni itirmek istememeyimin sebebi.
Hemişe sevgiden söz düşende mene gülünc gelirdi.”Ne? Sevgi? O ne olan şeydir” deyib gülerdim. Her zaman heyatda ne istesem elde ede bilerem,elde etmeyeceyim şey yoxdu deye düşünürdüm. Amma senden sonra sevgini heç bir şeyle elde etmeyin mümkün olmadığını bildim. İndi vaxtile mene gülünc gelen o hisse ele qapılmışamki. Ve gecde olsa hisslerimi sene isbat etmeyi bacardım. Sonunda senin sevgini qazana bildim. İndi ancaq ve ancaq düşündüyüm tek şey
BU SEVDAMIN ÖMRÜ GÜNÜ HEÇ BİTMESİN.



Apar meni o günlere,o aya
Göz baxmaqdan,üz yanmaqdan doymuya
Ellerime elin yaxın qoymuya
Nefesimde nefesine yetmesin.
Bu sevdamın ömrü günü bitmesin...

Apar meni o yerlere gezek bir
Anan seni şişe çeksin dözek bir
Behane tap inciyek bir, küsek bir
Durub gedim ayaqlarım getmesin
Bu sevdamın ömrü günü bitmesin...

Apar meni o günüme baxım men
Qızılları yandırım men,yaxım men
Öz eşqimi barmağına taxım men
Bir üzüye yene gücüm yetmesin
Bu sevdamın ömrü günü bitmesin...

Daş-qaş nedir? Sen qüdretden süstlüsen
Göyden enmez meleklerin mislisen
Bu dünyada bir od menem, bir od sen
Alov varmı mene qipte etmesin?
Bu sevdamın ömrü günü bitmesin...

Xeyalımdan özge xeyal ötmesin
Bu sevdamın ömrü günü bitmesin...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 291 Bölmə: Sevgi varmı?