beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Düşünürem ...

Seni düşünürem sevgilim...
Yuxunun dinc qollarına özümü ata bilmediyim, yatağımda yuxunu gözleyerek dayandığım gecelerde arzulayıram seni.
Sözlerden körpüler qura bilmek, bezen de söylemeden bele bilmek isteyirem seni.
Senin sözlerinde; menim içimin en derininde saxladıqlarımı tapmaq isteyirem.
Dünyaya senin gözlerinden baxanda; heç yad hiss etmeyeceyimi bilmek isteyirem.



Heyatlarımızın o xırda detallarında tapdığımız yaxınlıqları, eynilikleri paylaşa bilmek isteyirem.
"Kimse bilmez, anlamaz onsuzda hamısı mende gizli qalsın" deyerek yığdığım bütün "az"larımı seninle çoxaldacağımı hiss etmek isteyirem.
Menim heyatım yaşana bilmeyecek qeder kompleksli olmadı heç vaxt. Pessimist ve darıxdırıcı dövrlerim oldu.



Hetta özüme yazığım geldiyi uzun vaxtlar bele oldu.
Pessimist ya da optimist olmağın yalnız bir seçim olduğunu öyrendim.
Gülümseyende hemişe qarşımda parlayan bir ümid işığı gördüm. Sırf buna göre sene dair, yalnız senin olan gülüşler yığıram böyük.
Cavaba ehtiyacı olmayan suallar soruşmaq isteyirem.



Sual işaresiz cümleler arzulayıram seninle iken.
Bezen kitab kimi qanunen elaqemiz olmalıdır. Sonra çoxluqla pozmalıyıq o qaydaları.
Çünki yaşayarken kitab kimi ola bilmirsen bezen. Yaşayarken her söz öz menasını özü ile getirir.
Ancaq yaşayarken sözsüz qalmaqdan qorxuram sevgilim. Sözsüzlüyün soyuğunda üşümekden çox qorxuram.



Çox sözüm var sene. Heç birinin sonunda sual işaresi, nöqte, vergül, nida olmasın isteyirem.
Söyle senden men qeyri-mümkün olanımı isteyirem? Esla bir damla gözyaşı tökme kirpiklerinden. Bağlanar dilim.
Susuzluğuma baxıb çayları geyin, amma heç vaxt qızarmasın gözlerin.



Sancılanar yene ümidle qucaqladığın yamaqlarım. Bıçaqın en iti üzü ol da bat üreyime.
Amma qızarmasın könül bağçam.
Ellerimizle ekdiyimiz ve gülüşlerimizle yaşıllaşdırdığımız " ümid " sehifesi islanmasın.
Yetim qalan serçeler üşümesin yaş kirpiklerinde.
Gülümsemeyine alışmış sema yene quru buludlara girov düşmesin.



Her şeye acıq mene dik dayanmağı sen öyretmişdin. Bu zamana qeder axıtdığın her gözyaşına bir gülü feda etdim.
Heç vaxt ağlama. Sen ağladıqca üreyimden bir parçanı qoparıram.
Qopardıqca itirirem. İtirdikce ölürem. Seni Sevirem.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 204 Bölmə: Sevgi varmı?