beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nakam Sevgi

Bir birlərini çox sevirdilər. Heç vaxt ölümü, ayrıliği ağıllarina gətirməzdılər. Heç vaxt bir birlərini darixmağa qoymazdılar. Hər gün bitəcək kimi bir birlərinə daha da qüvvətli bağlanırdılar, Hər gün bir birlərini ilk günki kimi həyacanla qarşılayardılar. Eləcə də həyata inandılar, eləcə də özlərini aldatdılar. Bir gün oğlan dünyalar qədər sevdiyi sevgilisini görüş yerinə cağırır. Hər dəfəki kimi yenə də sevgilisi sevinə-sevinə görüş yerinə tələsirdi, çünki canından çox sevdiyi sevgilisi ilə görüşəcəydi. Sanki neçə illərdi gormədiyi sevgilisi ilə görüşəcəydi. Amma ki həmin sevgilisi ilə dünən görüşmüşdü. Çox darıxırdı. Görüş vaxti gəlib catdı. Artiq oğlan həmişəki yerdən hər gələn kölgəyə boylanıb sevgilisi sanırdı. Artıq qız da çatmışdı görüş yerinə. Gəldi qucaqlaşıb hərsətlərini söndürdülər. Salamlaşıb həmişəki yol ilə üz aldılar. Oğlanin kefi yox idi. Qız hiss eləyirdi ki, onun nə isə problemi var.
Soruşur: - Həyatım nə olub sənə?
Cavabında: - Nə olacaq həyatiım heç nə həmişəki həyəcandı nə olmalıdı ki? Amma ki qız hardan bileydi ki bu gün canından çox sevdiyi insanla son görüşə gəlibdi. Oğlan cürət edib ona deyə bilmirdi ki artıq anası ona başqa bir qız bəyənib və gələn həftənin bu günu onun nisşnıdı. Qız bunlardan bixəbər yoluna davam edirdi. Birdən qız dayandı.
Dedi: - Həyatım sənə bir söz demək istəyirəm.
Oğlan: - Buyur Həyatım.
Qız: - İstəyirəm ki, sabah səninlə dəniz sahilinə gedək. Dənizi seyr edək.
Oğlan üzgün halda: Gedərik Həyatım
Amma ki imkansiz idi. Çünki sabah o gələcək nişanlısı ilə görüşə çıxacaq idi, anası belə istəmişdi. Oğlan bir gül dükanının qabağında dayandı. Bir dəqiqə gözdə gəlirəm həyatım dedi və gətdi. 10 dəqiqədən sonra qayıtdı. Arxasında gizlətdiyi sarı gülü dünyalar qədər sevdiyi qıza uzatdı. Qız sarı gülü görüb tutuldu bir anlıq. Yenə həmişəki kimi zarafat elədiyini fikirləşdi. Gülə -gülə gülü oğlandan aldı. Heçnə demədi. Çünki artıq onu bir zarafat kimi qəbul etmişdi o. Oğlan isə bır kəlimə danışmadan yoluna davam edirdi. Bir söz deyə bilmirdi, çünki utanırdı bilmirdi ne desin qıza. Bir 50-100 metr getmişdilər ki, birdən qız dayandı. Oğlan başın aşağı salmışdı bir söz demək istəyirdi amma bacarmırdı. Çünki qüruru buna imkan vermirdi.
Qız: - Başını qaldır Həyatım nə olub sənə. Oğlan isə istəmirdi ki, qız onu ilk dəfə olaraq gözləri yaşlı görsün. Çünki oğlan ağlayırdı. Gözündən axan yaşları ürəyinə enirdi sanki. Qız onun gözlərinin yaşlı olduğunu gördü sanki dünyadan əlini üzmüş bir insana çevrildi bir anda. Əlləri sürüşüb düşdü oğlanın çiyinlərindən. Dizləri tutmadı ki qaçsın o cəhənnəmdən. Qaça bilmədi. Nədən? Nə üçün? Kim girdi aramıza deyərək ağlamağa başladı qız. Oğlan isə onu qucaqlayıb bir yerdə ağlamaq istədi amma ki əlləri tutmadı. Çünki onu artıq qucaqlamağa utanırdı. Qız isə dünyadan küskün kimi gözlərindən yaşlar süzülə-süzülə donmuşdu ayaq üstə. Birdən əlindəki Sarı gülə sataşdı gözləri onu bir anda gotürüb qırıq-qırıq etdi. Aradan 30 dəqiqə keçmişdi artıq sakitləşmişdilər. Oğlan hadisənin necə olduğunu danışırdı qıza. Anasının sözündən çıxa bilməyəcəyini söyləyirdi acıqlı acıqlı. Qız isə həmişəki kimi onu yenə də başa düşməyə məcbur idi. Bir-birlərini hələ də dəlilər kimi sevirdilər. Ayrılmaq istəmirdilər, amma nə edəydilər məcbur idilər buna. Oğlan isə hələ də düşünürdü - iki seçim qarşısında qalmışdı. Sevgilisi yoxsa Anası. Bir tərəfdə onu dünyaya gətirən anası bir tərəfdə də onu tanıyıb yenidən doğulmuş kimi olan sevgilisi. Bir qərar verə bilmirdi. Axı bu qızı tək buraxıb gedə bilməzdi, çünki onu çox sevirdi.Qız da onu çox sevirdi. Amma artıq əllərindən bir şey gəlmirdi, Ayrılmalı idilər.....
8 il sonra....
Qız həyat yoldaşı ilə parka çıxmışdı, gəzirdilər, amma qız bu 8 il ərzində bir saniyə belə olsun keçmiş sevgilisini ağlından ata bilmirdi. Hələ də onu ilk gün ki kimi sevirdi. Oğlanda onun kimi. Həyat yoldaşını heç cürə sevə bilmirdi. Çünki onu ürəyinə bir ad yazılmışdı o yazını sanki Allahdan başqa heç bir şey silə bilməzdi. Hər gün onu fikirləşməkdən başqa əlindən bir şey gəlməzdi. Həmin gün təsadüfən oğlan da həyat yoldaşı ilə parka gəzməyə çıxmışdılar. Qız həyat yoldaşı ilə bir yerdə oturub söhbət edirdilər. Birdən bir oğlan həmin qızın adını çağırdı. Qız tutulub qaldı görəsən məni çağıran kimdi deyə fikirləşdi. Arxaya çevirdi üzünü düz onun yanında bir qız uşağı var idi. Sən demə onu çağırırmış. Qız uşagı yanına çağırıb ona əlində olan güldən birini uzatdı uşaq da aldı. Ata deyərək atasının qucağına qaçdı. Oğlan onu tanıdı. Bu o idi. Onun bir vaxtlar dünyalar qədər sevdiyi qız. Qız da onu tanıdı. Bir-birlərinə həsrət dolu baxışlarla haradasa 2 dəqiqə baxdılar. Oğlan onun adını qızına qoymuşdu. Hər qızını çağıranda o yadına düşürdü. Qız onu görüb çox keçmişlərə getdi xəyalları. Bir vaxtlar canından çox sevdiyi insan artıq başqa bir qız ilə gəzirdi bir vaxtlar onunla gəzdiyi yerlərdə. Çox pis oldular ikisi də. 8 il aradan sonra iki göz yenə də üz-üzə gəlmişdi. Oğlan bir anda onu qaçıb qucaqlamaq istəyirdi, amma bacarmazdı axı. Çünki o evli idi. Oğlan qızını çağırdı yanına. Qız isə atan səni çağırır get qızım dedi. O gediş son gediş oldu. Onlar birdə heç vaxt üz-üzə gəlməyəcəkdilər, heç vaxt... Bir gün qızın telefonu zəng çalır bu qızın həyat yoldaşının ən yaxın dostu idi. Ona həyat yoldaşının avtomobil qəzası keçirdiyini bildirdi. İndi qız bu xəbərə sevinsinmi, pis olsunmu bir qərar verə bilmirdi. Heç uşaqları da olmamışdı bu 6 il ərzində. Qız yenə də tək qaldı bu dünyada. Onu iki dəfə tək qoydular bu dünyada. Artıq bütün ümidləri qırılmışdı. Bilmirdi nə etsin. Bu yalançı dünyaya nə desin? Günah bu dünyaya gələndədi deyərdi həmişə... Yenə bu yalançı dünya aldatdı onu. Həyatdan küskün bir şəkildə keçirdi günləri. Hər gün ömürdən gedirdi....
Sən taleyin işinə bax. Həmin günu parkdan oğlan həyat yoldaşını metro ilə yola saldı. Özu ilk dəfə ilk məhəbbəti ilə görüşdüyü yerə getdi xatirələri yadına salsın deyə. İlk məhəbbəti ilə o qədər xatirəsi var idi ki düşünməklə bitmirdi. Axşam oldu. Oğlan evə gəldi. Qapını döydü, açan olmadı. Öz açarı ilə qapını açıb içəri girdi. Evdə heç kim yox idi. Fikirləşdi ki, yəqin həyat yoldaşı qızını da götürüb anasıgilə gedib yəqin ki. Heç fikir eləmədən getdi televizora baxmağa. Vaxt isə heç nəyə baxmırdı, gedirdi. 1 saat, 2 saat oğlanın həyat yoldaşı gəlmədi. Oğlan telefonu götürüb qızın anasıgilə zəng elədi. Telefona qaynatası cavab verdi.
Oğlan: - Qızımgil sizə gəlib?
Qaynatası nə danışırsan oğlum yox bizə gəlməyiblər deyəndə oğlan tutuldu. Çox qorxmuşdu. Qonşudan evə gələn olubmu soruşdu YOX cavabını aldı və evə gəldi. Televizorda xəbərlər verlişində bu gün Metro qəzası olub xəbərini eşidəndə oğlan qızım deyə qışqıraraq bir anlıq özundən getdi. Bəli çünki həmin metro qəzasında onun həyat yoldaşı və qızı da var imiş. Oğlan bu həyatda yenə də tək qaldı. Onu yenə də tək qoydular bu Yalancı dünyada.....
Aradan 17 il keçib ama mən hələ də ilk sevgimi ürəyimdə ilk gün ki kimi saxlayıram. Bəlkə bir gün üz-üzə gələrəm deyə ümid edirəm. Mən buna inanıram. Çünki o söz vermişdi mənə səni bu dünyadan özum yola salacam deyə. İnanıramki o sözünün üstündə duracaq. Və bir gün gələcək o mənə gələcək. Mən onu gözləyirəm bu yalnız dünyamda. Bu yalnız dünyamda bir gün mənə dost olacaq biri gələcək o da mənim ilk məhəbbətim olacaq... Bir dəfə də ona qovuşsam ondan heç vaxt ayrılmayacam. Hər gün dua edirəm ona qovuşum deyə. Bəlkə də o da məni gözləyir bəlkə də o da ilk məhəbbətini gözləyir. Bir vaxtlar sinifdə uşaqlar ilk məhəbbət unudulmur deyəndə qəh-qəhə ilə gülərdim. Amma artıq ilk məhəbbət kəlməsi gələndə gözlərimdən damla-damla yaşlar süzülür...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 193 Bölmə: Sevgi varmı?