beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***BeZeN***

Bəzən kor olmaq istəyirəm -
Dünyadaki çirkinlikləri
görməyim deyə.
Bəzən əlil olmaq istəyirəm -
pis yola düşə bilməyim deyə.
Bəzən lal olmaq istəyirəm -
mənə söz atanlara
susqunluqla acıq verim deyə.
Bəzən kar olmaq istəyirəm -
ətrafımda yayılan o pis
sözləri eşitməyim deyə.
Bəzən kasıb olmaq istəyirəm
- kasıbların çətinliklərini
bilim deyə.
Bəzən yetim olmaq istəyirəm
- körpələrin acısını bilim
deyə.
Bəzən qulluqçu olmaq
istəyirəm - varlı evdə necə
zülüm çəkirlər bilim deyə.
Bəzən dilənçi olmaq
istəyirəm - yalandanmı
yoxsa doğurdanmı
yoxsuldular bilim deyə.
Bəzən oğru olmaq istəyirəm -
oğruların iç dünyasını bilim
deyə.
Bəzən qatil olmaq istəyirəm -
qatillərdə səbr varmı bilim
deyə.
Bəzən yaşamaq istəmirəm - o
biri dünyayı görə bilim deyə.
Bəzən yox olmaq istəyirəm -
mənsiz kim darxacaq bilim
deyə.
Bəzən məni təhqir etsinlər
istəyirəm - təhqir ediləndə
ürək ağrıyırmı ya yox bilim
deyə.
Bəzən sevilməmək istəyirəm
- tək tərəfli sevgi nədir bilim
deyə.
Bəzən uşağım olmasın
istəyirəm - uşaq istəyənlərin
acısını bilim deyə.
Bəzən sevginin ən möhkəm
acısını çəkmək istəyirəm - bu
acıyı çəkənlərin dərdini bilim
deyə.
Bəzən qısqanmaq istəyirəm -
qısqananların hissini bilim
deyə.
Bəzən əllərimi qırmaq
istəyirəm - birdə üsyanımı
yazmayım deyə!
Bəs siz? Bəzən bunları
istəyirsinizmi?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 147 Bölmə: Sevgi varmı?