beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**SeVMeK_Ve_SeViLMeK**

Rəfiqəmi gözlərkən,oturacaq
tapmadığı üçün yanımda bir
yaşlı kişi əyləşdi.Söhbət
etməyi çox sevdiyi bəlli
idi.Öz həyatında
danışırdı,mən isə sadəcə
dinləyirdim.Əvvəllər müəllim
imiş.Bir az danışdıqdan
sonra,gözlərimin içinə
baxaraq: Qızım,sevilmək ya
sevmək?Hansını seçərdin? Nə
cavab verəcəyimi belə
bilmirdim." İkisini də
seçsəm,çoxmu istəmiş
olaram?"-deyə soruşdum.
Qoca cavabında: Xeyir Yalnız
birini seçə bilərsən.
Düşündüm,düşündüm cavaba
tapa bilmirəm.Sevilmək-çox
gözəl hissdir.Ancaq sən
sevmədikdən sonra,o sevsə
nə olar? Sevməkmi? Əgər
qarşındakinın səni
sevmədiyini anlarsan,o da acı
verər. Mən qarşımdakının
məni sevmədiyini
öyrəndiyimdəki acıyı
dadmaq bahasına belə olsa
yenədə SEVMƏYİ
seçdim.«Cavabım: Sevməkdir!
Bəs siz bu suala özünüz
cavab verəcəksinizmi?»-deyə
soruşdum.
-"Əlbəttə qızım.35 il bundan
əvvəl çox yaraşıqlı idim.İndi
qoçalmışam.Hər zaman
sevildim.Sonda məni
sevən,sonralar sevəcəyimi
düşündüyüm biri ilə ailə
qurdum.Ömrümün yarısından
çoxunu bir gün onu sevərəm
deyə ümüdü ilə
yaşadım.Yoldaşım məni çox
sevərdi.Onu sevmədiyimi
hiss etməsin deyə əlimdən
gələni etdim.2 gün bundan
əvvəl yoldaşım öldü.Ölmədən
öncə mənə: Sənə təşəkkür
edirəm.Məni xöşbəxt
etdin,ana oldum,məni
bilərəkdən heç
üzmədin.Sənin məni sevməni
bacaramadım,ama səni çoox
sevdim! -dedi.
-Bəs bu günədək heçmi
sevmədiniz?
-Əlbəttə sevdim.
-Bəs niyə onunla ailə
qurmadız?
-Çünki o başqasını
sevirdi.Ona demədim.Ondan
sonra qızlarla tanış
oldum,sevərəm
deyə...olmadı,ondan
başqasını sevə bilmədim.
-Nə xoş sizə,sizi sevən biri ilə
ailə qurmusuz.
-Bəli,düz deyirsən..amma
mən SEVİLMƏK seçdiyim üçün
olmadı.İstəmədən ona da
layiq olduğu xöşbəxtliyi verə
bilmədim.Sevilməyə
doydum,amma sevməyə hər
zaman ac qaldım....
Bəs siz nəyi seçərdiz?
Sevilməyi ya Sevməyi?


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Sevgi varmı?