beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyə Sevərkən Yalnış Hədəf Seçirik?...

Axı
niyə… niyə bizi sevəni sevə bilmirik…
Axı niyə…niyə bizə dəlilər kimi ehtiyac duyduğunu bilə-bilə ondan üz
çevirik…
Axı niyə… bizi sevməyən birindən günün 24 saatı xəbər gözləyirik telefon
elimizden düşmür,halbuki ondan xəbər gəlməyəcəyini bilirik.. amma səni
sevirəm kəlməsi ilə başlayıb bitən smsləri, aglayan gözləri,səni Vallah
unuda bilmirəm, alınmır, məni tərk etmə… sənsiz ölərəm… kimi sözləri
görməzdən gəlirik…
Axı niyə... hər şey belə qəliz olur?səni qarşılıqsız sevirlər, sən isə
başqasını...
Niyə... sənə oldugundan çox dəyər verirlər. Həyatinda ən önəmli insan
kimi qiymətləndirirlər. sən isə... sən isə həmin şəxsə sadəcə olaraq
nifrət edirsən...
Axı niyə... ikinci belə bir sevənin olmayacagını bilərək onu düşünmədən
rədd edirik...
Axı niyə...səni hər an düşünüb, hər saniyə səninlə olmaq istəyən, bütün
çətinliklərinin açarını səndə görən birini deyil, səni özündən
uzqalaşdırmağa çalışan, bir zamanlar verdiyi vədlərin üstündə durmayan,
dəfələrcə qəlbini sındıran birini arzulayırıq....
Axı niyə...Gözümüzdən axan bir damla yaş üçün bütün həyatını qurban
verməyə hazir olan
biri oldugu halda, başqası üçün aglayırıq...
Axı niyə sevənin qəlbini- yox! əl çək,istəmirəm, alınan deyil! kimi
sözlərlə sındırırıq...lakin özgəsindən əbəs yerə nəvaziş, sevgi
gözləyirik...
Axı niyə... hisslərimizdə, duyğularımızda yanılırıq...
Axı niyə...niyə bəzən gərəkdiyindən çox amansız oluruq...

Axı niyə...niyə sevərkən yalnış hədəf seçirik...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 60 Bölmə: Sevgi varmı?