beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Küləklə Yağışın Sevgi Hekayəsi...

İçimdə bir sıxıntı ürəyimdə hüzün... Pəncərəmə vuran yağış damlacıqlarını izləyirəm dalıb getmişim uzaqlara dərinliklərə doğru bir küləyin selinə qapılıb... Çox köhnə bir eşq hekayəsi gəldi ağılıma külək ilə yağışın eşqi... Dillərə dastanmış Qaf Dağının ardında küləklə yağışın eşqi. Külək dəli kimi əsərmiş buludlar bir az üşüsün və yağış gəlsin deyə. Yağışın gözlərinə vurğunmuş masumiyetine və saflığına vurğunmuş.
Yağış hər səhər dua edərmiş. "Tanrım lütfən külək əssin bu gün ruhunu ürəyimdə hiss edim əllərini gözlərimdə." Tutqunlarmış bir-birlərinə amma nə külək yağışa toxuna bilərmiş nə də yağış küləyə. Nə vaxt külək ilə yağış bir yerə gəlsələr sevdanın atəşi fırtınalar əsdirmiş onlara və fırtınanın sonunda bir-birlərinə heç toxuna bilməyəcəklərini düşünüb kədərlənərmiş yağış aölayarmış. İşdə o zaman aşiqlərin yağışı yağarmış və sevdalılar əl-ələ gəzərmiş yağışın ürəyindən gələn damlacıqların altında.
Yağışın kədərləndiyini görən külək özünü budaqların arasında gizləməyə çalışarmış kədərini hayqırmaq üçün... Nə vaxt xəfif-xəfif damlacıqlar səmadan düşməyə başlarsa küləyin əllərini hiss etmək istəyən yağış gözyaşlarını axıdar yer üzünə və damlaların altında əl-ələ gəzən sevgililəri izlər özünü və küləyi xəyal edər onlara baxaraq. Nə vaxt ağacların arasında fit çalaraq əsməyə başlasa külək yağışın kədərilə qəhr olar və budaqların arasında gizlənib qışqırar.
O hayqırışları eşidən sevgililər daha da möhkəm sarılarlar bir-birlərinə və qucaqlaşıb gəzən sevgililəri izlər üzgün bir halda özünü və yağışı xəyal edər onlara baxaraq. Beli belə dillərə dastandır yağış və küləyin eşqi. Nə vaxt yağış yağsa nə vaxt külək əssə ürəkləri bir-birləri ilə qovuşar yağış ilə küləyin sevgililər kimi bütün bir yerdə ola bilməyən sevdalılar üçün...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 55 Bölmə: Sevgi varmı?