beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevin, Doğrudan Da, Hər şeyin əvvəli Sevgidir!

Canımdakı yaşayan can kimisən...

Hər an səninlə yaşayıram...
Qaranlıq gecəmdə gözlərin bir ulduz kimi parlayır...
Sevginin istiliyi süzülür ürəyimə...

Səni sevmək üçün, ürəyimdəki ümid qırıntılarını sənin üzündəki təbəssümlərə yükləyirəm...
Səninlə, iki ayrı bədəninin tək ürəyindəki bir sevdanı yaşayırıq...
Sənə söylədiyim hər söz, sənə oxunan hər şeir, sənin ürəyindəki sevgiylə gözəlləşib xüsusi bir sevda olur...

Səni sevmək bir quru çörəyi paylaşmaq kimidi. Hər loxmada daha çox sevirəm səni...
Ulduz olub sənin qaranlığında gözlərində itmək, bəlkə sənin sevgində nəfəs almaq, təkliyə pərdələri çəkib xoşbəxtliklərin kölgələrində sərinləmək səni sevmək...

Sevirəm səni deməkdən kənar, sənin üçün yaşayıram bu həyatda...
Elə tutulmuşam ki sənə, izah edə bilmərəm...
Daha çox sevmək üçün ürəyinə yerləşdim...
Bir qonaqdım ilk əvvəllər amma artıq elə deyil, səni, sənin ürəyində yaşamağı sevirəm...

Dərdlərimi səndə unudub, ağrılara səninlə gülümsəyirəm...
Sənin gül üzündə ümidlə baxıram artıq sabahlarıma...
Uçurumun kənarında solmağı gözləyən bir gül idim, sənin sevginlə yenidən xoşbəxtliklərə tumurcuq açıram...
Hər səhər pərdələri aralayıb gün işığıyla, sevgini doldururam dünyama...

Canımsan, nəfəsimin xoşbəxtlik rəngindəki surətisən...
Ürəyimdəki tək can, həyata dair tək ümidimsən...
Səninlə yaşayıb, həyata yenə səninlə baxıram...

Səni düşündükcə sevgin daha da böyüyür ürəyimdə...
Hər hecada, hər sözdə səni yazıram...
Sən nəfəs aldıqca, mən xoşbəxt oluram buralarda...

Səni sevmək elə gözəl ki izah edə bilmərəm...
Çünki səbəbi yox bu sevginin...
Bir şeyə bağlı olaraq sevmək istəmirəm səni...
Səni yalnız sən olduğun üçün sevirəm...

Əvvəllər "Mən" deyə başlayardım cümlələrimə...
İndi "Biz" deyirəm. Sən və Mən yəni Biz, yəni ikimiz...
Yəni gələcəyimsən mənim... Hər şeyimsən...

Səni sevmək, hər yeni günə səninlə başlamaq və hər günün bitməsində hər şeyə baxmayaraq səni sevmək çox gözəldi...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Sevgi varmı?