beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**QaraQan-DAMDAN_AWAGI**

O , uca binanın damından aşağı
baxırdı. Sevgilisi Əli dünən
avtomobil qəzasında ölmüşdü. Əli
10 ilin idmançısı , yeni yaranmış
rock qrupun başçısı idi. Bir neçə
universiteti bitirmiş və öz
biznesini qurmuşdu. Əgər Ayselə
desəydilər ki , sabah Eifel
qülləsini Tokyoya aparacaqlar, o
inanardı. Amma desəydilər ki,
sabah Əli öləcək, Aysel
gülümsəyib deyərdi “ Deyəsən
siz mənim sevgilimi yaxşı
tanımırsınız – ölüm özü ondan
qorxur”.
Lakin Əli ölmüşdü. Aysel də onun
yanına hazırlaşırdı. O uzundaban
ayaqqabılarını çıxarıb damın
qırağına yaxınlaşdı. Son
məktubunu anasının yastığının
üstünə qoymuşdu. Yazmışdı ki,
Əlinin yanına gedir. Hər zaman
çıxdıqları damdan. Əli ilə bu dama
tez-tez çıxardılar. Birlikdə şəhərin
gözəl mənzərəsinə saatlarla
tamaşa edib danışardılar. İndi Əli
yoxdu. Əlisiz Ayselin də həyatı
ola bilməzdi.
Çantasını qırağa qoyub damın
kənarına çıxdı. Diqqətlə aşağı
baxdı , insanlar nöqtə kimi
görünürdü. Onu sevgilisindən
cəmi bircə addım ayırırdı. Elə o
addımı atmaq istəyəndə sol
tərəfdə nə isə bir qaraltı gördü.
Bu başqa bir qız idi. Saçları səliqə
ilə yığılmış mavi köynəkli bir qız.
O ağlayırdı. Deyəsən o da özünü
atmaq istəyirdi. Qız Ayseli görüb
bir addım da kənara yaxınlaşdı.
Aysel də özünü atmaq istəyirdi.
Amma bu qız.. Bu qız.. Onun
burda olması yersiz idi..Əgər polis
gəlib desəydi ki, “özünü atma”
Aysel o dəqiqə tullanardı. Əgər
Valideynləri desəydi,
fikirləşmədən atılardı. Bu qız da
nə isə desəydi Aysel özünü
öldürəcəkdi. Amma o heç nə
demirdi. O Ayseli elə bil ki, heç
görmürdü. Başı özünü atmağa
qarışmışdı. Aysel gücünü
toplayıb tullanmağa hazırlaşdı.
Amma yox..Alınmır..Heç cürə
fikrini toplaya bilmirdi. O qız ..O
qız..!!
Növbəti dəfə Aysel cəhd edəndə
qız qışqırdı:
- Axı niyə ? Ay Allah niyə ? Rahat
ölmək də olmaz?! Burada da
insanlar mənə mane olur ?!!!
Aysel diksinib geri çəkildi.
Görəsən o qız niyə özünü
öldürmək istəyir? Niyə ? Bu
Ayseli maraqlandıran sonuncu
şey idi. Ona görə soruşdu:
- Sən niyə özünü öldürmək
istəyirsən ?
Qız Ayselə tərs-tərs baxıb dedi :
- Sənə qalmayıb. Sən kimsən ki,
mənə sual verirsən. Özü də mənə
mane olursan. Sən burada olanda
özümü ata bilmirəm. Mənim
sevgilim dünən avtomobil
qəzasında ölüb. Mən də onun
yanına gedirəm.
Aysel çaşdı. Bu xəbər onu
doğrudan da təəccübləndirdi. Ola
bilməzdi! Belə təsadüf ola bilməz.
Aysel dedi :
- Mənim də sevgilim dünən
avtomobil qəzasında ölüb.
Qız ona diqqətlə baxıb ağzı açılı
qaldı:
- Ola bilməz. Dünən avtomobil
qəzasında bir nəfər ölüb o da
mənim Əlim.
Aysel bir addım geri çəkildi.
Bütün bədəni əsməyə başladı.
- Necə yəni ? Sən niyə bu dama
çıxmısan? Niyə məhz bu dama?
Qız əlini üzünə tutub ağlamağa
başladı.
- Biz Əli ilə həmişə bu dama
çıxardıq. O mənə yenicə yazdığı
mahnıları oxuyardı. Bəsdir məni
saxlatdın – bu sözləri deyib qız
bir addım da kənara yaxınlaşdı.
Onda Aysel qızın əlindən tutub
onu geri çəkdi:
- Dayan bir dəqiqə. Nə mahnıları?
Sən kimdən danışırsan?
Qız dizləri üstə yıxıldı, saçları
üzünə töküldü. Sakitcə dedi:
- Mən Əlidən danışıram. Mənim
sevgilim Əlidən. Onun rok qrupu
var idi- Fırtına. Mənə də mahnı
yazmışdı, “Leyla”…mənim adım
Leyladır. O həmişə mənə bu
mahnını oxuyardı.
Ayselin gözləri doldu:
- Ola bilməz! Əli mənim
sevgilimdir. Onun Fırtına qrupu
var. Amma Leyla mahnısını heç
kimə yazmayıb.
Leyla dedi:
- Bağışla, bilirəm sən kimsən,
amma görürəm ki, sənin özünü
öldürməyə səbəbin daha çoxdu.
Sən dəlisən!!! Əli mənim
sevgilimdir. Bu üzüyü də o mənə
verib. Bir ay əvvəl
nişanlanmışdıq.
Aysel dözməyib ağlamağa
başlayır. Hadisələrin bu qədər
qarışıq bir vəziyyətə gəlməsini o
təsəvvür edə bilməzdi.
- Necə yəni ? Bir ay əvvəl o
İstanbula getmişdi. Mən özüm
onu yola salışdım.
Leyla kinayə ilə gülümsədi :
- Biz İstanbulda nişanlanmışıq.
Amma görürəm ki, o Bakıda da
boş durmayıb. Mənim sevglimi
əlimdən almaq istəyirdin? Bilə-
bilə ki, onun nişanlısı var yenə də
onunla gəzirdin ?
Aysel dedi :
- Əli, mənim sevgilim idi. Amma
hər şey çox qarışdı. Nə isə bir
səhv baş verib. Neçə il onu
tanıyırsan ?
Leyla:
- Üç il tamam olacaq. Biz həftənin
cüt günləri bu dama çıxardıq.
Tək günləri işə gedəri.
Aysel :
- Mən də onunla bir ildir tanışam.
Onunla tək günlər görüşürdüm.
Cüt günlər güya işi var idi. Amma
əslində səninlə görüşürdü! O
bizim ikimizi də aldadırdı.
Leyla :
- Əclaf !!! Keçən həftə demişdi ki,
yeni mahnı yazmaq istəyir adı
“Aysel” . Sənin adın nədi ?
Aysel başı ilə təsdiqlədi. Leyla
dedi :
- Deməli ikimizlə də oynayırdı.
Əclaf! Mən də ona görə özümü
atmaq istəyirdim. Alçaq!!
Yalançı ! Fırıldaq! Deyirdi ki,
evlənəcəyik .Özü də sənin kimi
qızlarla fırlanırdı.
Leyla damın ortasında oturub
dizlərini qucaqlayıb ağlamağa
başladı:
- Hhh..hhh … Həmişə belə olur.
Gözəl oğlanlar sadəlöv qızları
aldadır. Necə ona inanırdım? Elə
bilirdim ki, ən yaxşı oğlan odur.
Elə bilirdim ki, sevir məni. Amma
əslində yalançının biri idi. O
mənə layiq deyildi. Zibil ..Yaxşı
oldu, öldün. Yaxşı oldu sənə..Məni
oyuncaq kimi oynadırdın.
Aysel də hönkürüb ağlamağa
başladı. Bir anın içində bir illik
sevgisi nifrətə çevrilmişdi. O
Əliyə nifrət edirdi. Əli ona layiq
deyildi. Onu aldatmışdı. Zibil
yerinə qoymuşdu. Aysel göz
yaşlarını silib ayağa qalxdı. Sonra
Leylaya baxıb dedi:
- Axmaqlıq eləmə ! Özünü atma !
O buna layiq deyil !
Sonra çantasını götürüb yavaş –
yavaş pilləkənləri enməyə
başladı. Addım səsləri getdikcə
uzaqlaşıb blokun sükuta qarışdı.
Bir az da gözləyəndən sonra
Leyla gözlərini silib gülməyə
başladı. Bu an telefonuna zəng
gəldi.
- Alo
- Alo Nərgiz , haradasan, qızım ?
- Damdayam, ata . Binamızın
damında.
- Nə edirsən orada ? Düş gəl evə .
- Heç , quşlara baxırdım. İndi
gəlirəm.
Nərgiz telefonu bağladı. Əslində
Nərgiz bu binanın sonuncu
mərtəbsində qalırdı. Hər dəfə
damlarına kimsə çıxanda
evlərindəki çilçıraq əsirdi. Nərgiz
bir ildən çox idi ki, eyvanlarında
oturub, həmişə damlarına çıxan
iki gəncin söhbətini dinləyirdi.
Onlar Nərgizi tanımasalar da
Nərgiz onlara çox bağlanmışdı.
Dünən televizorda Əlinin
öldüyünü eşidəndə bildi ki, Aysel
yenə bu dama qalxacaq.
Qalxacaq ki, özünü atsın. Ona
görə Nərgiz belə bir nağıl
fikirləşdi. Düzdü, Əli yaxşı oğlan
idi. Damlarında oxuduğu
mahnılar da, Ayselə dediyi sözlər
də, danışdığı əhvalatlar da çox
maraqlı idi. Amma Ayselin
yaşaya bilməsi üçün o Əliyə
nifrət etməli idi. Ayseli güclə də
damdan qırağa çəkmək olardı.
Amma o bu yenidən dənəyərdi.
Alınana qədər. Bu nağıldan sonra
isə o bir də özünü öldürmək
istəməz. O daha Əliyə görə
ağlamayacaq. Onun yanına
getmək istəməyəcək. Həyatını
yenidən başlayıb Əlini kiçik bir
səhv kimi unudacaq. Bəlkə belə
daha yaxşıdır ? Bəlkə
itirməkdənsə nifrət etmək daha
yaxşıdır ?
Bilmirəm. Bircə onu bilirəm ki,
bəzən tanımadığımız insanlar
bizə bizdən də yaxın olur.
QaraQan


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 231 Bölmə: Sevgi varmı?