beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***OP...KECSIN...***

Heç vaxt kiminsə haqqını yemək
olmaz!” Bu cümləni sən mənə
öyrətmişdin.Bu gün haqqsızlıq
gördüm.Demək ki,onlara bu
cümləni öyrədən bir anaları
olmayıb deyə düşündüm.
Amma çox qəlbim qırıldı anacan...
Öp..keçsin...
Neçə üzlər,neçə simalar gördüm
hamısı 1-1indən fərqli...İnsanlar
çox dəyişkəndir.Məgər onların
sənin kimi “Olduğun kimi
görün,göründüyün kimi ol!”
söyləyən anaları olmayıb?
Bu üzlər üzümə sillə vurdu sanki
anacan...
Öp..keçsin...
Elə insanlar var insanlığımdan
utandırır.Yadıma onların anaları
düşür.Sonra özümündə insan
olduğum və həmin hərəkəti
təkrar etmə mümkünatım ilə
yadıma sən düşürsən.
Vicdanım ağrıyır anacan...
Öp..keçsin...
Bezdim paxıllıqdan.”Paxıllar
artmaz!”deyirlər amma üzərinə
yalan biraz da vicdansızlıq
gələndə artarlarmış.Zibildəndə
təpə yarana bilər
çiçəkdəndə.Sənin baxıb fəxr
edəcəyin o çiçək təpəni
yaratmaq üçün çalışıram.
Lakin ümidlərim qırılır anacan...
Öp..keçsin...
Dillərində deyilənləri baxışları ilə
təkzib edən gözlərə baxmaq
istəmirəm!
Gözlərim yorulub anacan...
Öp..keçsin...
Lazım deyil heç bir dərman
mənə!
Yalnız öpüşündür məlhəm bütün
yaralarıma...
Şəfalı dodaqlarınla...
Öp..keçsin...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi varmı?