beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

***DoST_SeVGi***

Dost qalaq nə olar? dedi
gözlərimin içinə baxaraq.. Səs
çıxara bilmədim, çünki boğazıma
düyünlənilmişdi sözlərim..
Oturduğumuz bankdan qalxıb
sahilə doğru irəlilədi..baxa
qaldım arxasından.. Və onu nə
qədər çox sevdiyimi düşündüm..
Amma o mənə dost qalmamız
lazım olduğunu söyləyirdi...
Düşündüm sonra, dost qala
bilərəmmi deyə? "Xeyr, dost
filan ola bilmərik!" desəm bir
daha görə bilməyəcəkdim,
"yaxşı dost qalaq" desəm
bundan sonra yenə görmə
şansım vardı... Dənizi izlədi bir
az, gün batırdı, günəşin
qırmızılığı o qədər gözəl idi ki..
Amma yenə də içimi işıqlandıra
bilmirdi.. Sonra döndü yanıma.. -
çox yaxşısan və mən səni
itirmək istəmirəm! dedi o içimi
parçalayacaq qədər gözəl
səsiylə.. mən də onu itirmək
istəmirdim, dost qalmağı qəbul
edəcəkdim məcbur olaraq.. nə
olursa olsun onu görə bilmək
bahasına içimə basdıracaqdım
eşqimi... İki dost olaraq ayrıldıq
dəniz kənarından.. Sonra bir
neçə dəfə axtardı məni.. hər
telefon çalışında ürəyim
yerindən atılacaq kimi olurdu..
Əvvəllər mən telefonu açıb alo
deyişimdə qarşıdan "Sevgilim"
deyə bir səs eşidərdim.. amma
artıq sıravi, qupquru bir "alo"
eşidirdim yalnız.. Çünki artıq
dost idik.. Havadan sudan
danışırdıq, mənə dostlarından
danışırdı.. Həmişə danışmanın
arasında "sevgilim" demək
istəyirdim amma deyə
bilmirdim.. Ondan gözləyirdim
həmişə o sözü, amma sonra
sevgili deyil, dost olduğumuzu
xatırlayırdım... İnsanın ürəyi
ağrıyarmı heç?! Bəli, mənim o
anda ürəyim ağrıyırdı..
mücərrəd deyil, konkret, fiziki
bir acı idi.. Belə danışdıq bir neçə
dəfə.. Sonra bir gün bir cafede
görüşdük söhbət etmək üçün..
hər zamanki kimi yenə o
axtarmışdı, dərdləşmək
istəyirdi.. dərdliymiş bir az.. -
Necəsən? dedim.. - Yaxşı sayılar,
başım qarışıqdı bir az.. dedi. -
Niyə? baxdı üzümə.. - aşiq
oluram yəqin, dedi... O anda
özümü dünyanın ən xoşbəxt
insanı görürdüm.. Bəli, mənə
yenidən aşiq olurdu.. " yaxşı ki
qəbul etmişəm dost qalmağı"
deyə keçirdim ağılımdan.. İşə
yaramışdı, yenidən sevmişdi
məni.. Uşaqlar kimi sevincliydim,
yerimdə dayana bilmirdim..
Fərqində olmadan bir
gülümsəmə yayılmışdı üzümə... -
Xeyrdir, çox sevindin yəqin,
dedi gülümsəyərək.. - təbii ki
sevindim.. sənin xoşbəxtliyin
eyni zamanda mənim
xoşbəxtliyim..dedim.. təbii
fərqinə vardırmamam lazım idi
anladığımı, sanki başqasına aşiq
olduğunu anladım kimi
davranmalıydım... - Hə, kimdir bu
şanslı insan? başını önünə
əyməsinə bir məna verə
bilməmişdim.. gözlərini məndən
saxlayırdı sanki.. sonra qaldırdı
başını, boş gözlərlə baxdı mənə...
- Əslində sənə bunu izah
etməməm lazımdı amma məni
səndən başqa dinləyən, anlayan
dostum yoxdur! Sənə içimi
tökmək istədim, dedi.. bu
dostluq söhbəti yaxşıca canımı
sıxmağa başlamışdı artıq, amma
səbr etməliydim yenə də.. -
dinləyirəm... - Bizim iş yerində
Murad adlı oğlan var, Ondan çox
xoşlanıram.. Nə edəcəyimi də
bilmirəm, mənə kömək et..
Gözlərim qaralmağa başladı..
Yenidən o ürək ağrısıni hiss
etdim sinəmdə.. İzah edilə
bilməyəcək bir ağrı idi bu..
Başmı çölə çevirdim..
Oturduğumuz cafeden sahil
görünürdü.. Sahildəki bankda
aşiqlər otururdu, bir-birlərinə
sarılmış eləcə dayanırdılar..
Sonra iki damla yaş damladı
gözlərimdən.. Üzüm atəş kimi
yanırdı, kürəyimdən soyuq
tərlər axırdı.. Gözlərimdən yaşlar
süzülərkən baxdım son dəfə
sevdiyimin gözəl üzünə.. O isə
mənə boş gözlərlə baxırdı..
Yavaşca qalxıb sahilə endim.. və
ağladım...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 182 Bölmə: Sevgi varmı?