beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgidə Hər Zaman ümid Var

Bir gün bir oğlan başqa bir şəhərə gəlir.
O çox yaraşıqlı, tərbiyəli və varlıqlı ailədən idi.
Bir gün yüksək mərtəbəli binanın yanından keçərkən həmin binanın ikinci mərtəbəsində sakitcə öz-özünə mahnı oxuyan bir qız görür,
həmin qız başını aşağı əymiş və sanki uzaqlarda olan biri haqqında oxuyurdu.
Oğlanı qızın gözəlliyi heyran edir. O, uzun müddət yerindən tərpənə bilmir.
Nəhayət qızda onu görür və birdən oxumağı dayandırır. Qız utanır və tez qaranlıq otaqda itir.
Sonrakı gün həmin oğlanın ayaqları istər istəməz onu həmənki evin qarşısına gətirib çıxardır.
Və o, dünən gördüyü qızın yenədə aynaya çıxması ümidi ilə gözləyir. Amma o qızı görmür.
Beləliklə o hər səhər həmin yerdə gəlib dayanır və hərdəfə də o gözəl qızı yenidən görəcəyinə
ümid edir amma hər dəfəsində də görmədən başı aşağı geri dönur.
-Əbəs yerə gözləyirsiz. – Və bir gün arxadan boğunuq səsli biri ona deyir.
- Niyəki ?- qorxaraq cavab verir həmən gənc.
- Bax artıq 16 ildirki, ALLAH mənim qonşum Səfəri cəzalandırıbki onun qızı Yasəmən əlil arabasına möhtacdı.
Düzdür, qız çox gözəldi ama nə olsun ömür boyu o kresloya məhkumdu.
Sizdə daha öz yolunuza gedin və özünüzüdə ömrünüz boyu o kresloya məhkum etməyin.
Oğlan sakitcə gözünü qızın pəncərəsinə dikdi və biraz fikirləşdikdən sora var gücüylə qışqırdı.
-Yasəmən, mən bundan sora hərgün, lazım olsa illərlə bezmədən gəlib burda səni gözləyəcəm.
Sən mənimlə evlənməyə razılıq verənəcən səni burda gözləyəcəm. – və o xoşbəxt evinə getdi.
Səhəri gün o yenədə gəldi və beləliklə o bunu hərgün etdi.
Aylar, illər keçdi ama oğlan hərgün ümidini itirmədən o yerə gəlməyə davam etdi və ordakı heç bir qonşu
bir gün belə olsun həmin oğlanı qəmli görmədilər.
O dediyi sözlərdən və o qızı həqiqətən sevdiyindən çox əmin idi.
Və nəhayət möcüzəli gün baş verdi və onun səbirsizliklə gözlədiyi o gözəl qız onun görüşünə çıxdı və ona razılıq verdi.

Kim nə deyirsə desin SEVGİ həmişə möcüzələr yaradır.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 26 Bölmə: Sevgi varmı?