beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilileri Qovuwduran Intihar

Serin payiz gecesi idi.
Beshbarmaq dagi ile Xezer denizinin arasinda yerleshen kendde iki neferden bashqa hami yatmishdi.
Arada kulek esirdi. Bayira chixib sakit dayansan dalgalarin sesini de eshitmek olardi.
Herden kenddeki avara itlerin hurushmesi de eshidilirdi.
Baki-Xachmaz magistralindan kechen yuk mashinlarin sesi de payiz gecesinin sakitliyine ve gozelliyine xelel getirmirdi.
O mashinlar hara gedirdi? Kimler vardi onlarin ichinde? Heresi bir yerden bashqa yere yollanirdi. Heresinin bir dunyasi, bir qaygisi, bir xeyali vardi...
Hemin gece iki nefer oyaq idi bu kendde. Onlarin dunyasi eyni idi. Qaygilari oxshar ve xeyallari oxshar.
Balaca kasib daxmasinda Vusale ve bir az boyuk evde yashayan Asif.
Onlar bu gecenin sessizliyini pozmaga hazirlashirdilar.
Seheri gozlemeden butun kend oyanacaq, adamlarin sesi bir-birine qarishacaqdi. Onda deniz de menasiz olacaqdi. Beshbarmaq dagi da. Yuk mashinlarindaki adamlarin xeyyallari da. Yorgun kend camaatinin ancaq bir qaygisi olacaqdi.

Asif

Asifin 27 yashi var idi. Kendin butun cavanlari kimi o da teserrufat ishleri ile meshgul olur, arada baliq tutmaga gedir, ailesinin bishirdiyi lavashi yaxinliqdaki kafelere aparib satirdi.
Asifin ailesi bu kende 3 il qabaq kochmushduler. Asif Vusaleni de ele bu vaxt gormush ve sevmishdi.
Amma Asifin anasi qizi ogluna almaq istemirdi. Sebeb belli deyildi. Belke de ananin fikrinde bashqa birisi varmish. Amma Asif dediyinden donmurdu.
Vusalenin evine elchi gelirler. Ailesi qizi verir. Asif ele hemin gun qurban kesir. Toy elemek uchun sebrsizlenirler.
Amma hech ne planlashdirilan kimi olmur. Evvelce, Asifin dayisi olur. Eneneye sadiq qalaraq dayisinin ilinin chixmasini gozleyirler. Bir neche ay sonra Asifin atasi rehmete gedir. Onun ili ise gelen ilin yanvarinda chixacaqdi.
Asifin ailesi toyu atanin ilinden sonraya planlashdirmishdi. Texminen 4-5 ay sonraya...
Amma hech ne planlashdirildigi kimi getmir heyatda...

Vusale

Vusalenin 23 yashi var idi. Onun da atasi 3 il qabaq rehmete getmishdi. Kendin en kasib ailelerinden idi onun ailesi. İki otagi olan daxmalari var idi. Heyetlerine hasar da cheke bilmemishdiler.
Kendde yashayan, tehsili olmayan bir qizin bu dunyadan ne isteye bilerdise Vusale de onu isteyirdi.
Sevmek, sevilmek, gelin paltari geyinmek, ushaq boyutmek...
O, arzularinin bir hissesine chatmishdi. Asifle bir-birlerini deliler kimi sevirdiler. Bir-birlerini dehshetli derecede qisqanirdilar. Nishanlanmishdilar ve toylarini gozleyirdiler.
Heyatda nese planlashdirildigi kimi getseydi evlenecekdiler.
Vusale 3 ev o terefe gelin gedecekdi. Ushaqlari olacaqdi. Ushaqlar butun gunu denizin kenarinda o teref bu terefe qachacaqdilar. Asif ishleyecekdi. Kasib da olsalar xoshbext olmagi bacaracaqdilar.
Kim istemir ki, xoshbext olmagi?
Amma bedbextliye de haziriqmi?

İntihar

Olum yeni bir shey deyil. Amma yashamaq da o qeder yeni sayilmaz mence. Yesenin bele yazirdi.
Pessimist Kamyu ise intihari felsefenin esas problemi olaraq gorurdu: “Biz oyanib intihara etmek haqda dushunmurukse, bu verdiyimiz en muhum qerardir”.
Aforizmler neinki heyati, hech intihari da bize izah ede bilmez.
O geceni tesvir etmek uchun peshekar olmaga da ehtiyac yoxdur.
Hemin gece Asifle Vusale mesajlashirdilar. Asif Vusaleye bu telefonu hediyye almishdi. Ozu de tezelikce.
Gece saat dord olardi. Asif Vusaleye ozunu oldurmeye hazirlashdigini dedi.
Vusale once bu soze inanmadi. Sevgilisinin novbeti bir zarafati oldugunu dushundu. Asifden ses-semir chixmadigini gorende ard-arda nishanlisina zeng etdi. Cavab gelmediyini gordu, Asifgile qachdi.
Asif felsefenin esas problemini artiq “hell” etmishdi: bogazinda kendir, chorek bishirilen otaqda asili veziyyetde...
Hemin an Vusalenin kechirdiyi hissleri tesvir etmek chox chetindir. Bunu tesvir etmek olar. Amma bu uydurma ve yalan olacaq. Ancaq hemin gece hech ne uydurma ve yalan deyildi.
İlk anlarda Vusale soyuqqanli davranmagi bacarir. Bichaq goturerek kendiri kesib Asifi yere uzadir.
Evvelce Asifin ailesini yuxudan oyadir. Eve qayidib oz anasini chagirir.
Asif kechinmishdi.
Haminin bashi Asife qarishdigi vaxtda Vusale tez evlerine qayidir.
Tovlenin arxasinda divardan chixan demire ip kechirdir, ayaginin altina vedreni qoyur ve ozunu asir.
Gecenin bu vaxti o kendiri hardan tapir?
İntihar edeceyi yeri hardan bilir?
Bu churuk ip onu nece saxlayir?

“Qiz evi” – “oglan evi”

Magistraldan donub CHandahar kendine sari gedirik. CHandahara geden yol kele koturdu. Hetta kendde ineklerin de uzunden yorgunluq ve keder tokulur.
Adeten, toyda deyirler “qiz evi”- “oglan evi”. İndi CHandaharda bu ifadeler yas uchun ishledilir. Ele bilirdim, kendde boyuk bir magar qurulub. Balaca bir evin qabaginda dayanib “huzur yeri hardadi?”- deye sorushuruq.
Cavab tuklerimizi biz-biz edir: “Hansini sorushursunuz?”.
Balaca bir kend ve iki evde yas...
Vusalegilin heyetinde magar qurulmayib. Besh-alti kishi heyetde - tovlenin bu terefinde - oturub chay ichirler. Tovlenin o terefinde intihar etmishdi Vusale...
Masanin ustunde xurma, halva, limon, qend...
Hami shok ichindedir.
“Asif agli bashinda, normal bir genc idi. Niye durdugu yerde ozunu asdi?
Bilmirik. Hech ne bilmirik” - deyirler.
Qonshular teselli vermek uchun eve gelib gedirler. Anasi bize Vusalenin shekillerini gosterir. Aglamaqdan gozlerinin alti qaralib.
Bir gecede iki intihar gormek, qizinin bogazindan ipi kesmek...
Bundan sonra yashamaq uchun gerek adamin ureyi chox guclu olsun. Kend qadinlari guclu olur. Ellerinde, gozlerinde illerin yorgunlugu var. Bir olumle dushecek qadina oxshamir Yaqut xala...
“Oglan evi”ne ise getmek mumkun olmadi. Asifin ailesi bu hadise haqda danishmaq istemirdi. Elece uzaqdan baxmali olduq o eve...

Mezarliqda “mutluluq”

...Kendin qebiristanligina dogru gedirik. Uzaqdan iki qirmizi ortuklu mezar gorsenir. Onlari yanbayan defn edibler. Mezarlarinin ortasina nishan sebetini qoyublar.
Nese demek, danishmaq chetindir bu yerde. Bu adi olum, siradan bir intihar hadisesi deyil.
Sevginin artiq arxa plana kechdiyi bir dunyada bu olaylar shok effekti yaradir.
Dogurdanmi insanlar sevgisi ugrunda intihar etmeyi bacarirlar?
...Bir terefde deniz, bir terefde Beshbarmaq dagi. Onlar esrlerdir bu torpaqlarda insan facielerinin shahidi olublar. Ancaq ele dayaniblar ki, sanki hech ne olmayib.
Ve her shey Tanrinin planlashdirdigi kimi gedir...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 350 Bölmə: Sevgi varmı?