beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Daniwmaq Bele Bezen Cox Menasizdir

Darıxdığım insanlar var... İtirdiklərim var.. Üzgünlüklər var..
Zaman tapmırsan bəzən səni gözləyənlərə salam belə verməyə... Amma hər zaman səni sevinclə qarşılamaq üçün gözləyənlər var..
Bir gün sizin də bəxtiniz gətirəcək, unutmayın.. Sizin də xoşbəxt olmaq vaxtınız çatacaq.
Heç kəsi qısqanmayaraq gözləyin.. Həyatı sevərək yaşamağı öyrəndiyiniz zaman xoşbəxt olmaq üçün nə etmək lazım olduğunu da anlayacaqsınız..
Həyatında olan hər bir insan mənası olduğu üçün bu səyahətin bir hissəsidir, ancaq onların hamısı qalmaq üçün gəlmirlər...
Ən gözəl sabahlar, sabah namazıyla və sevdiyin insanları Allah sənə yenidən görməyi qismət elədiyində gözəl olurmuş..
Yorulduğun şeylər nə qədər çoxdur... Eşitmək istəmirsən, görmək istəmirsən bəzi şeyləri, bəzi kəsləri... Danışmaq belə bəzən çox mənasızdır, boşdur..
Üzülürəm bəzi şeylərə dərindən nəzər saldıqda... Görmək istədiyim kimi olmamaları içimi incidir..
Danışılacaq bir insan olduğunda, onunla danışa bilməmək, onu itirmək deməkdir.
Danışıla bilməyəcək bir insanla danışmaqsa sözlərin boşuna xərclənməsi deməkdir. Ağıllı olan, nə o insanı itirər, nə də sözləri boşuna xərcləyər..
Hər kəs səhv edə bilər, amma bunlardan dərs götürmədən irəliləmək həyatın mənasızlığına yol açar. Başımıza gələnlər heç bir zaman səbəbsiz deyildir, hər birinin öz mənası vardır. Hər qarşılaşma, hər kiçik hadisə içində bir məna daşıyar..
Birini itirməkdən qorxmağa başladığımız zaman onu nə qədər sevdiyimizi də daha yaxşı anlayırıq..
Təklik doldurulacaq bir şey deyil ..
Tək qalmamaq üçün münasibət qurmaq olmaz.. Eşq tək olduğun üçün deyil, hazır olduğunda səni tapar..
Həyatındakı kiçik şeyləri gör..
Bir gülümsəmə, bir baxış, bir insan..
Şükr etməyi unutma..
Varlığın üçün, sahib olduqların üçün..
İçindəki səsi susdurma..
Ürəyin doğrunu söyləyər..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi varmı?