beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyatdan Goturulmush Sevgi Hekayesi

Bu məktubu niyə yazdığımı əslində heç özüm də bilmirəm.
Bəlkə də öz daxilimlə üzləşməyin vaxtıdı.
Ən başdan başlayacağam - Səni ilk tanıdığım gündən. Bəlkə də o gün həyatımın ən gözəl günlərindən biri idi. Çünki mənim üçün ,yaşama səbəbi olan səni tanıdım. Və həyatımda bəlkə də, heç vaxt etmədiyim bir şeyi etdim: qəlbimin səsini dinlədim və o vaxtlar mənim düzgün hesab etdiyim bir şey etdim: Sənə olan sevgimi etiraf etdim. Hələ mən sözlərimi yarımçıq qoyduqda sən tamamladın. Düzgün tamamladın deyə bilmərəm.
çünki mən həmin gün -"Sərxan Səni çox Sevirəm"- demək üçün gəlmişdim. Bəlkə də sözlərimə mən heç özüm düzgün başlamamışdım...Sözlərin nə mənası var ki, məni sevmədikdən sonra...Səni də günahlandıra bilmərəm.
Yox, onsuz da buna haqqım da yoxdur.
Peşmanam bu hərəkətimə görə? Əslində bəzən peşmançılıq çəkirəm amma bilmirəm rast gəlmisənmi belə bir söz var :
-Etdiyin heç nədən peşmançılıq çəkmə çünki vaxtı ikən
etdiklərin doğrudan da sənin etmək istədiklərin idi.
Amma həmin gün sevgimin qarşılıqsız olduğunu və sənin başqa birinə aid olduğunu anlayanda dünyam zil qaraya büründü. Həmin gündən sonra mənə heç nə olmamış kimi davranmağın və səni hər gördüyümdə qəlbimdəki sənə qarşı olan böyük sevgimin qarşılıqsız olması məni daha da daha da uçuruma doğru sürükləyirdi.
Tətilə çıxmaq belə istəmirdim çünki bilirdim ki, qayıtdıqda heç nə əvvəlki kimi olmayacaqdı. Tətil olduqda da heç bir an olsun yadımdan çıxmırdın. Səni düşünərək yatır və səni düşünərək oyanırdım elə indi etdiyim kimi.
Sentyabrı səni görmək üçün səbirsizliklə gözləyirdim. Böyük gün gəldi. Mən sırada sənə baxırdım sən isə mənim səni izlədiyimdən xəbərsiz dostlarınla görüşürdün bəlkə də mənim kim olduğumu belə unutmuşdun ya da ki,
sənin fikrində aciz biri kimi qalmışdım.
Düşündüyüm kimi də oldu nə mən səni cürət edib danışdırır nə də sən məni danışdırırdın hətta öz baxışlarını mənə qıymırdın. Bunun üçün də səni günahlandırmadım. Guya günahlandırmağa haqqım da var idi...
Səni unutmaq üçün hər gün öz-özümə deyirəm:
-"Xoşbəxt olmaq üçün ona ehtiyacın yoxdu".
-Amma nə vaxt ki, səni görürəm sənə nə qədər ehtiyacım olduğunu anlayıram.
Ətrafıma qarşı artıq özümü gülərüz göstərməkdən bezdim. Kimi və nəyə görə aldadıram bəlkə də elə aldanan özüməm xəbərim yoxdu.
Sənin məni debata çağırdığın gün içimdə yox olan ümidlər yenidən oyandı. Hələ sənin onunla ayrılmağın məni çox sevindirdi. Amma onu sənin yanında hər gördükcə sizin yenə də bir yerdə olmağınız qorxusu mənim içimi bürüyürdü.
Amma sonra artıq aranızda hər şeyin bitdiyini anladım bu isə yenə də məni sevindirdi.
Sonralar hətta məndən xoşun gəldiyini belə düşündüm. Necə də düşünə bilməzdim. Sənin mənə qarşı olan davranışların məni belə düşünməyə vadar etdi. Buna görə də nə özümü nə də səni günahlandırmıram. Amma yenə də keçən ildə ki kimi məyus oldum.
Və heç düşünmədiyim bir şey də var idi. Sənin onunla ayrılmağın başqa birini də istəməyəcəyin və mənim olacağın mənasını vermirdi.
İndi sənin əllərindən tutaraq gözlərinə baxıb;
"Səni çox sevirəm hər nə qədər sən məni sevməsən də, hər nə qədər sevgim qarşılıqsız olsa da yenə də səni çox sevirəm".
-Amma artıq bunu edəcək cəsarətim yoxdur.
Bu gün səninlə son günümdü artıq gedirəm bəlkə də yenə də səni görə bilərəm bunu inan çox istərdim bu isə sənin əlindədir.
Bilirəm ki, haçan sənə olan sevgim qarşılıqlı olacaq onda səni görəcəm.
Çünki bu qarşılıqsız sevgiyə özümü ancaq səni görməsəm öyrəşdirə bilərəm.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Sevgi varmı?