beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

{MaY CiCeKLeRi}

Biz hamımız demək olar ki, bir
ailə kimi hər gün yazdığımız
hekayələri , maraqlı xəbərləri
bir-birimizlə paylaşırıq. Bu gün
isə sizinlə təsirli bir hekayəni
paylaşmaq istəyirəm. Çünki bu
hekayəni dinlədiyim vaxtdan
bu günədək unuda bilmirəm.
Keçmiş zamanlarda xoşbəxt
bir ailə yaşayırdı . Bu ailədə
dərin sevgi , qarşılıqlı
məhəbbət, hörmət, ailə səadəti
və ailənin möhkəm olmağı
üçün tükənilməz dəyərləri var
idi. Amma onların ürəyində bir
sıxıntı məskən salmışdı . O da
onların neçə illərdən bəri övlad
üzünə həsrət qalmaları idi.
Onlar bilirdilər ki, övladsız
onların evlərinin dirəyi , ağacın
körpə budağıdək dözümsüz
olacaqdı. Çoxlu dualardan ,
nəzir-niyazlardan sonra allah
onları yada saldı . Onlara gözəl
bir qız uşağı bəxş etdi. Bu
körpə o qədər gözəl , şirin idi
ki, sanki bir mələyə bənzəyirdi.
Onun dodaqları , yanaqları lalə
gülü tək al qırmızı rəngə
boyanmışdı . Gülüşləri isə al-
əlvan bahar çiçəklərini
xatırladırdı . İri qara gözləri
məftun edici bir hisslər insana
bəxş edirdi . Nurlu siması ətirli
bənzərsiz baharı canlandırırdı
insan gözündə . Valideynləri
ona böyük sevgi bəsləyirdi .
Onu göz bəbəyi kimi bütün
dərd-bəlalardan qoruyurdular .
Çünki bu körpə onların yeganə
xoşbəxtliyi və sevinci idi . Bax
bele naz-neymətlə valideynləri
onu 5 yaşına çatdırdı.Fəsillərin
ən gözəli olan bahar fəslinin
may ayında , anası onun uzun
qara saçlarına rəngbərəng
bəzəkli lentlər bağlayıb , onu
hər gün gəzməyə
aparırdı.Onun fərqli bir
şıltaqlığı var idi. Hər dəfə
gəzintiyə çıxanda
valideynlərinin gözlərini
yumdurub, mən gizlənim siz
məni tapın sevimli oyununu
oynayardı . Özü də may
çiçəklərinin arasında gizlənərdi.
Onun əlvan lentləri may
çiçəklərinə bənzədiyi üçün onu
tapmaq çətin olurdu.
Valideynlərinin onu
tapmamasını görüb, may
çiçəklərinin arasından çıxıb
mən burdayam! Deyib gülərdi.
Günlərin bir günü sağalmaz bir
xəstəliyə düçar oldu .
Valideynləri dünyanın hər bir
yerindən həkimlərə müraciət
etdi . Amma bunların heç biri
ona xeyir etmədi. Valideynləri
hər gün onun çarpayısının
başında oturub onun tezliklə
sağalmasına ümid edirdilər. Bir
gün körpə titrək əlləri ilə
anasının əlini sıxıb dedi: -
Ana ,mən sağalsam sən məni
yenə gəzməyə aparacaqsan ?
Axı mən bizim sevimli
oyunumuz üçün çox
darıxmışam . Anası nazik
kədərli səslə ona cavab verdi: -
Sən sağalsan mən səni nəinki
may çiçəklərinin , dünyanın ən
gözəl gəzintili yerlərinə
aparacağam. Körpə anasının
üzünə gülümsəyərək, gözlərini
əbədi yumdu . Sanki bu an bu
ailənin xoşbəxtliyi ,
sevinci ,evlərinin nuru bu
körpə ilə bir yerdə
bitdi.Valideynləri onun
ölümündən sonra, hər gün
may çiçəklərinin yanına gəlib ,
qızlarının ətrini bu çiçəklərdən
alırdılar . Onlara elə gəlirdi ki,
hər dəfə olduğu kimi o,
gizləndiyi may çiçəklərinin
arasından çıxıb mən burdayam
deyib güləcək. Amma təəssüf
ki, bu çiçəklər onu ömürlük
gizlətdi . Bu körpə özündən
valideynlərinə tək bir xatirə və
təsəlli may çiçəklərini saxladı .
Onlar öz körpə balalarını
xəyallarında may çiçəklərinin
arasında yaşatdılar.
Valideyinləri hər dəfə
qızlarının məzarının ziyarətinə
may çiçəkləri ilə gəlirdilər. Sən
yoxsan , sən yoxsan biz indi
bildik. Soyuq məzarını öpməyə
gəldik. Dünyada səninçün biz
yaşayırdıq. Sən demə həsrətdi
yer də səninçün.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 167 Bölmə: Sevgi varmı?