beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qebristanliqim

Qəribə bir etiraf.. Mənim qəbirsanlığım var! Bu qəbirsanlıq mənim üçün vaxtı ilə dəyərli olan insanlar üçündür. Onlar bilə-bilə öldülər, amma mənim üçün həmişəlik ölüblər. Qəbirsanlığımda mənim dostlarım, rəfiqələrim, mənə qarşı satqınlıq edən insanlar, mənim hisslərimə xəyanət edən insanlar dəfn olunublar. Hərdən mən qəbirsanlıqda gəzirəm və orada birçox qəbirlərin yanında dayanıb, qəbrin üzərinə gül qoyuram və sadəcə yan keçirəm.. Qəbirsanlığım mənim içimdədir..Onun haqqında heçkim bilmirdi.. Bu qəbirsanlıq digərlərindən çox fərqlənir.. BUra hər zaman təmiz və gözəldi. Çünki burda vaxtı ilə mənə dəyərli olan insanların qəbri var. Hərdən mən onları görürəm.. Küçədə, məclisdə, internetdə və s..=)
amma mən heçnə dəmədən keçib gedirəm.. Mənim üçün ağır və acılı deyil.. Axı onlar ölüblər! Onlar bu haqda bilmirlər.. Nə olsun? Mən ki bilirəm.. Əsas mənəm! Mən onları dəfn etdim çünki istəmədimki onları görəndə hər dəfə xoşagəlməz sözlər danışım. Axı ölülər haqqında pis danışmazlar..!
İndi isə bağışlayın, siz ölmüsünüz amma mən yaşamağa davam edirəm!



Belkede sende varsan orda...!!!!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi varmı?