beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənha Adanın Tənha Sakini

Halım yenə pisdi, çünki bu zamanda mən yaxşı olmağa çalışıram, amma əksinə cəmiyyət məni dünyaya lazımsız insan bilir. Düzdür pis insan ola bilərəm, amma mənim bu həyat tərzi ilə yaşamağa haqqım yoxdu?? Mənim kimi bu sözləri eşidən, bu həyatı yaşayan başqa bədbəxt yoxdu??

Çox dedilər mənə sən dəlisən, mümkünsüz xəyalları həyata keçirmək istəyirsən.

Çox dedilər mənə sən korsan, həyatın verdiyi dərdləri görmürsən.

Çox dedilər mənə sən karsan, qeybəti, yalanı eşitmir qulaqların.

Çox dedilər mənə sən sən qorxaqsan, haram qarşını kəssə titrəyirsən.

Çox dedilər mənə sən nankorsan, pislik edənləri çox tez unudursan.

Çox dedilər mənə sən gicsən, ölümü gülərüzlə qarşlayırsan.

Çox dedilər mənə sən xainsən, malı-mülkü vətənçün atıb qaçırsan.

Çox dedilər mənə sən qatilsən, nəfsi içində boğub öldürürsən.

Çox dedilər mənə sən oğrusan, kin-küdurəti bizdən oğurladın



Çox çoxlar dedilər, artıq bu dünyada özümü tək hiss edirəm, Allahım mənə kömək ol...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 20 Bölmə: Sevgi varmı?