beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əbədi Sevgi

Bir ömür boyu səni sevəcəyimə, sevgimin heç zaman azalmayacağına, əksinə günü-gündən artacağına,

Hər gün yerimdən qalxıb sənə "Səni sevirəm" deyəcəyimə, əlindən tutub səninlə dünyanın hər yerinə gedəcəyimə,

Səni heç zaman incitməyəcəyimə, bir dəqiqə acılamaqla səndən bir gün ərzində üzr istəyəcəyimə,

Səni heç zaman tək buraxmayacağıma,

Hər zaman yolda gedərkən o isti əllərindən tutacağıma, sənsiz hər zaman darıxacağıma,

Sənə heç vaxt gözümlə belə olsun xəyanət etməyəcəyimə,

Başqalarının yanında səni daima uca tutacağıma,

Səni dünyaların ən xoşbəxt insanlarından edəcəyimə,

Yatdıgın zaman üzərində firlanan o mələklərin səni qorusun deyə yalvaracağıma,

Sənə gözəl körpələr bəxş edəcəyimə,

Onları hər zaman birlikdə sevəcəyimizə və ALLAH yolunda böyüdəcəyimizə,

Səni tək bu dünyada deyil, o dünya üçündə qoruyacağıma,

Hər zaman sənə dua edəcəyimə,

Səni də, özümü də o dünyanın cənnətinə hazırlayacağıma,

Bəzi insanlar kimi sevgili yolunda cəhənnəmə gedəcəyimə deyil, səni də, özümü də o cəhənnəm əzabından uzaq edəcəyimə,

Sevgimizin bu dünyada deyil, həm də o dünyada davam edəcəyinə,

Bir sözlə sənə əsl , həqiqi, sevgi dolu bir həyat bəxş edəcəyimə və bu həyatın o biri dünyada da davam edəcəyinə bir ömür boyu ALLAHIN köməyi ilə əməl edəcəyimə SÖZ VERİRƏM!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 23 Bölmə: Sevgi varmı?