beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlk Məhəbbətin Son Məktubu.

Bu mənəm, əzab çəkən və əzab verən. Əslində sənə yazmayacaqdım. Məni yazmağa vadar edənsə sənli xəyallar, sənli günlər, yuxusuz gecələr, birgə getdiyimiz yollar,həsrətin, bir sözlə, sən özünsən! Düzü, özün yox, mənim sevdiyim "sən". Yəqin ki, xoşbəxtsən. Əks halda, məni yada salardın. Eşqdə qürur olmur, olsaydı, yəqin sənə yazmazdım. İndi səndən tam aralı bir dünyadayam. Amma bu dünyada səni xatırladan xatirələrlə baş-başayam. Sevgin olmasa da, sevgim səni yada salır.Sevgimizi asanlıqla yerə vurdun,daha doğrusu sevgimi..Çünki onu ən zərif hisslərimlə mən yaratmışdın. Xəyalın və xatirələrin məni səndən çox sevdi. Onlar hələ də mənimlədirlər.
Yadındadırsa sənə ilk məktubumda hisslərimdən yazmişdim.hər sözdə həyacan hiss olunurdu.Bunu da həyacanla yazıram,fərq isə birdir ,birinci məktubumu sevgiylə bunu isə nifrətlə yazıram.Sonunda da mənə əzab verməyi unutmadın.Əlvida sözün ürəyimə yara vurdu,xəyallarınsa o yaraya hər an duz tökür.Vaxt,zaman hər yaraya dərmandır,bəlkədə amma məncə bu yara sağalmaz yaradır.Düşünmə ki, sənin üçün darıxıram,əslində darıxdığım sən, indiki sən deyilsən...
Nə isə... Xoşbəxt ol! Əgər buna layiqsənsə. Əgər bacaracaqsansa...

Bir vaxt adın başıma tac,qəlbim qəlbinə möhtac idi...
Düşünürdüm qəlbimdə qəlbinə məhəbbət böyütmüşəm...
Bir vaxt səndən doymurdum,hisslərim hər an ac idi...
İndise, adına da,sevginə də nifrət böyütmüşəm...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Sevgi varmı?