beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadece Iradesizlik

Çox sevirdilər bir-birlərini Aysellə Eldar.Bu sevgi bitməz,tükənməz idi onların fikrincə.Bəlkə də aldanırdılar.Bilmək olmazdı...

Aysel universitetə bu il qəbul olmuşdu.Eldar isə onun əksinə bu il universiteti bitirmiş,əsgərliyə getməyə hazırlaşırdı.Ayselə söz vermişdi ki,əsgərlikdən qayıdan kimi toyları olacaq.
Artıq ayrılıq gününə az bir vaxt qamışdı.Bütün günlərini birgə keçirirdilər.Nəhayət o gün gəldi.Eldar artıq getməliydi.Getdi də.
Aysel gözləri yaşlı hey baxdı Eldarın dalınca.O getmişdi.Boş yola baxırdı gözlər.Kiminçün?Yəqin ki Eldarçün.
2 ay keçdi aradan.Eldar və Ayselçün bu aylar illərə bərabər idi.
Məktublaşırdılar,bir-birləri ilə əlaqəni belə yaradırdılar omlar.

Ayselin anası xəstələnşmişdi.O artıq işləməli idi.Bir iş tapdı ixtisasına uyğun.
BÜtün günü işdə komyuter arxasında otururdu.Ürəyi sıxılırdı.
Bir gün bir tanışlıq saytına daxil oldu netdə.Biriylə tanış oldu.
Artıq hər gün yazışırdılar Aqillə.Dost olmuşdular.Dost???
Qərar aldılar ki,görüşsünlər.Elə də oldu.Görüşdülər.Amma dost kimi yox.Çünki ikisinin də içində artıq sevgiyə dönüşmüş gizli bir ehtiras var idi.Bəs Eldar?Aysel artıq xatırlamırdımı onu???
Eldardan məktublar gəlirdi.Amm bu məktublar oxunmadan zibil qutusuna tullanırdı.Bu idi mi Eldarın sevgisinə hörmət?Bircə sevmirəm sözünü də mi əskik eləmək lazım idi Eldardan?Bəlkə də cəsarət eləmirdi buna Aysel..Qorxurdu bəlkə də.
Eldar isə cavab ala bilmirdi sevdiyi qızdan.İcazə alıb evə gəldiyi günlərdə də tapmamışdı onu.

Əsgərlik bitdi.Eldar beynində sual işarələri ilə geri döndü.
Ancaq ümidini kəsməmişdi...Bəlkələrə mindirmişdi qəlbindıki o son ümidinin balaca qığılcımını...
Aysel isə ayrılmışdı 5 gündü Aqildən.Çünki Aqil aldamışdı onu başqa bir qızla..
Tanışlıq saytlarının birində yazışdığı bir qızla həm də.

.Anansı deyə bilməmişdi Eldara Ayselin başqasıyla olduğunu.Oğlunun ürəyi dayanmaz deyə.Amma artıq açıqlamışdı ona hər şeyi.Çünki ən doğrusu bu idi.

İş elə gətirdi ki,2 gün sonra Aysellə Eldar qarşılaşdı.Ayselin içində vicdan əzabı var idi.Utanmazcasına yaxınlaşdı Eldara.Üzr istədi utanmazcasına...
Eldar isə onun üzünə belə baxmadan
---Get,o sevgilin gəlib səndən üzr istədiyi gün gələrsən qapıma.Amma o gün də sənə sözüm bu olacaq.Sən sevilməyə və əfv edilməyə dəyməzsən!---
Bu sözləri deyib Eldar davam elədi yoluna.Ürəyini buz kimi saxlamışdı.Yenilməmişdi qüruruna.

O gündən sonra da nə Aqil gəlib Ayseldən üzr istədi,nə də Aysel Eldardan üzr istəməkçün üz tapa bildi.Heç tapmayacaqdı da...
Eldar isə bir gün intiqamını alacaqdı ondan.Başqasını sevəcəkdi bəlkə də.Amma vicdan əzabı yandırıb yaxacaqdı Ayseli...
İradəsizliyinə məğlub oldu Aysel.İtirdi sevdiyini.Peşman oldu çox...Amma sonrakı peşmançılıq yenə fayda vermədi...
Qeyd : Caliwin sevginiz qedrini bilin bir muddetlik ayriliqa gore sevginize xeyanet etmeyin


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 149 Bölmə: Sevgi varmı?