beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Ele Balacayam

— Men artıq heyatdan yorulmuşam-
pencere qarşısında eyleşmiş oğlan
uşağı dillendi.
— Niye?- deye yaxınlıqdakı anası
soruşdu
— Menim bu heyatla mübarize aparmağa gücüm yoxdur- deye uşaq
fikirli ve kederli halda cavab verdi
— Kimse mektebde xetrine deyib?
Yeqin yene de o 5-ci sinifde oxuyan
Dimkadır. Artıq neçenci defedir ki,
sinif rehberinize şikayet edirem. Göresen onun valideynleri ne
fikirleşir.
— Yox, ana, yox, mektebde her şey
qaydasındadır.
— Bes senin ehvalını pozan nedir? —
Ne üçün bu heyatda menim fantaziyalarıma, arzularıma yer
yoxdu?
— Başa düşmedim, sen ne haqda
danışırsan, oğlum?
— Sinifde yalnız men teyyareçi olub
buludlar üzerinde uçmaq isteyirem. Diger yoldaşlarım ise biznesmen,
direktor olub çoxlu pul qazanmaq
isteyirler.Dostum Vanyanın atası deyir
ki, teyyareçi olmaq hem axmaqlıq,
hem de qorxuludur. Çünki teyyare
xarab ola biler, sen qezaya uğraya bilersen, hem de ki, onlar çox az maaş
alırlar. En yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yegane men bedii
edebiyyat oxumağı xoşlayıram. Ona
göre yox ki, bunu bize tapşırıq kimi
verirler, sadece mene bu doğrudan da maraqlıdır. Tekce men
kitabxanaya gedir, o toz basmış
kitabları oxuyuram. Digerleri ise mene
gülür, meni botanik adlandırırlar.
Özleri ise kompüter oyunlarını,
internetdeki hazır hekayeleri xoşlayırlar. Men çalışıram ve bezen de
ev tapşırıqlarında sehvler edirem,
yoldaşlarım ise valideynlerinin
uşaqlarının yaxşı oxuması üçün
onlara aldıqları vesaitlerden hazır
helleri köçürürler. Vladik mene deyir ki, onun atası 7-ci sinife qeder
oxuyub, buna baxmayaraq tikinti
firmasında müdirdir, lakin onun
qarovulu institut bitirib. Ana, insanlar
ne üçün bu qeder ünsiyyet vasiteleri
fikirleşirler, lakin öz yaxınları ve sevdikleri ile çox az ünsiyyetde
olurlar. Bilerek ki, istenilen an zeng
ede bilerler, çox zaman bu zengi de
unudurlar.
— Oğlum! -kövrelmiş ana oğlunu
qucaqladı. — Yeqin men bu dünyanı başa
düşmek üçün çox balacayam. —
deye uşaq qemgin halda sözüne
davam etdi — o heyatı ki,menim
yaşıdlarımın uşaqlıq arzularını,
ümidlerini, sadelövhlüyünü alır, indi heç kim düzgünlüye, xeyirxahlığa,
sedaqete, semimiliye inanmır...
— Men hele balacayam — deye uşaq
anasının qucağında mürgüleyerek
sözüne davam edirdi — Men hele
mübarize aparmaq üçün balaca ve gücsüzem, lakin böyüyende mütleq,
amma...amma mene maraqlıdır ki, bes
böyükler niye heç bir şey etmirler,
sadece olaraq vaxtın, pulun, gücün,
sağlamlığın azlığından şikayet edirler.
Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimle daha çox vaxt
keçirecek, amma o indi heç eve de
normal gelmir, gah mezuniyetler, gah
iclaslar. O hetta dünen menim
oynadığım tamaşaya da gelmedi. Ana,
sen ise baş mühasib olandan sonra artıq menim sevdiyim blinçiklerden de
hazırlamırsan., hansı ki, qezete büküb
menim çantama qoyurdun ki, men
mektebde ac qalmayım. Onların
evezine indi çantamda kağız parçaları
var, o kağız parçaları ki, onlarla men mektebin bufetinden özüme yemeye
nese almalıyam. Axı orada senin
blinçiklerinden satmırlar, men onların
qoxusu üçün darıxmışam. Men heç
vaxt, amma heç vaxt senin
blinçiklerini o çantamda olan kağız parçalarının milyonuna da
deyişmerem. Men hele balacayam,
balacayam, balaca... O yuxuya daldı,
harda ki, o heqiqeten de xoşbext idi...


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 339 Bölmə: Sevgi varmı?