beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sikest Bir Qiz

Çox qədim zamanlarda bir varlı
oğlan yaşayırdı. Günlərin bir
günü bu oğlan bir gənc qıza
möhkəm aşiq olur. Bir az
keçəndən sonra oğlan aşiq
olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var
idi: onun bir əli şikəst idi. Buna
görə qızcığaz oğlandan utanırdı
və gecə-gündüz... Allaha ona şəfa
verməsini dua edirdi.
Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını
qəbul edir və möcüzə baş verir.
Qızın şikəst əli sağalır. Qız
sevincək halda oğlana razılığını
bildirir və onlar evlənirlər. Bir gün
cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu
zaman evin qapısına bir dilənçi
yaxınlaşır və ev yiyələrindən ona
yardım etmələrini yalvarır. Bunu
eşidən kimi, qız iki dilim çörəyi
götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə
vermir. Qız fikirləşir ki, əri xəsislik
edir və buna görə gözləri yaşla
dolur. Elə bu an əri ona belə
deyir: «İki dilim çörək çox azdır,
ona bir qab dolu yemək ver». Qız sevincək yeməyi dilənçiyə
verəndə təəccübündən donub-
qalır. Çünki həmin şəxs onun
birinci əri idi. Bu insan vaxtilə çox
varlı, adlı-sanlı adam idi, lakin o
qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qalır. Qız
yeməyi verib, bikef halda oturur
və həyat yoldaşına öz acı
hekayəsini danışır: «Birinci ərim
çox xəsis idi. Bir gün evdə tək
idim, bir dilənçi gəldi, mən də ona bir toyuq verdim, içinə də
qiymətli üzüyümü qoydum. Ərim
evə qayıdanda bundan xəbər
tutdu və qəzəblənərək məndən
boşandı, hələ üstəlik, şəhərdən
qovub əlimi kəsdi». Bütün buna heyrətlə qulaq asan oğlan
dözməyib ağlayır. Qız bunun
səbəbini soruşanda, oğlan belə
deyir: «Üzüyü verdiyin həmin
dilənçi mən idim. Və məhz bu
üzük vasitəsilə mən varlandım».


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi varmı?