beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Goruw Yeri

Bir birlərini çox sevirdilər. Heç
vaxt ölümü, ayrıliği ağıllarina
gətirməzdılər. Heç vaxt bir birlərini
darixmağa qoymazdılar. Hər gün
bitəcək kimi bir birlərinə daha da
qüvvətli bağlanırdılar, Hər gün bir birlərini ilk günki kimi həyacanla
qarşılayardılar. Eləcə də həyata
inandılar, eləcə də özlərini
aldatdılar. Bir gün oğlan dünyalar
qədər sevdiyi sevgilisini görüş
yerinə cağırır. Hər dəfəki kimi yenə də sevgilisi sevinə-sevinə görüş
yerinə tələsirdi, çünki canından çox
sevdiyi sevgilisi ilə görüşəcəydi.
Sanki neçə illərdi gormədiyi
sevgilisi ilə görüşəcəydi. Amma ki
həmin sevgilisi ilə dünən görüşmüşdü. Çox darıxırdı. Görüş
vaxti gəlib catdı. Artiq oğlan
həmişəki yerdən hər gələn kölgəyə
boylanıb sevgilisi sanırdı. Artıq qız
da çatmışdı görüş yerinə. Gəldi
qucaqlaşıb hərsətlərini söndürdülər. Salamlaşıb həmişəki
yol ilə üz aldılar. Oğlanin kefi yox
idi. Qız hiss eləyirdi ki, onun nə isə
problemi var.
Soruşur: -Həyatım nə olub sənə? Cavabinda:Nə olacaq həyatiım heç
nə həmişəki həyəcandı nə olmalıdı
ki? Amma ki qız hardan bileydi ki
bu gün canından çox sevdiyi
insanla son görüşə gəlibdi. Oğlan
cürət edib ona deyə bilmirdi ki artıq anası ona başqa bir qız bəyənib və
gələn həftənin bu günu onun
nisşnıdı. Qız bunlardan bixəbər
yoluna davam edirdi. Birdən qız
dayandı.
Dedi: -Həyatım sənə bir söz demək istəyirəm.
Oğlan: -Buyur Həyatım.
Qız: -Istəyirəmki sabah səninlə
dəniz sahilinə gedək. Dənizi seyr
edək.
Oğlan üzgün halda: Gedərik Həyatim Amma ki imkansiz idi. Çünki sabah
o gələcək nişanlısı ilə görüşə
cixacaq idi, anasi belə istəmişdi.
Oğlan bir gül dükanının qabağında
dayandı. Bir dəqiqə gözdə gəlirəm
həyatım dedi və gətdi. 10 dəqiqədən sonra qayıtdı. Arxasında gizlətdiyi
sari gülü dünyalar qədər sevdiyi
qıza uzatdı. Qız sarı gülü görüb
tutuldu bir anlıq. Yenə həmişəki
kimi zarafat elədiyini fikirləşdi.
Gülə -gülə gülü oğlandan aldı. Heçnə demədi. Çünki artıq onu bir
zarafat kimi qəbul etmişdi o. Oğlan
isə bır kəlimə danışmadan yoluna
davam edirdi. Bir söz deyə bilmirdi,
çünki utanırdı bilmirdi ne desin
qıza. Bir 50, 100 metr getmişdilər ki, birdən qız dayandı. Oğlan başın
aşağı salmışdı bir söz demək
istəyirdi amma bacarmırdı. Çünki
güruru buna imkan vermirdi. Qız: -Başını qaldır Həyatım nə olub
sənə. Oğlan isə istəmirdi ki, qız onu
ilk dəfə olaraq gözləri yaşlı görsün.
Çünki oğlan ağlayırdı. Gözündən
axan yaşları ürəyinə enirdi sanki.
Qız onun gözlərinin yaşlı olduğunu gördü sanki dünyadan əlini üzmüş
bir insana çevrildi bir anda. Əlləri
sürüşüb düşdü oğlanın
çiyinlərindən. Dizləri tutmadı ki
qaçsın o cəhənnəmdən. Qaça
bilmədi. Nədən? Nə üçün? Kim girdi aramiza deyərək ağlamağa başladı
qız. Oğlan isə onu qucaqlayıb bir
yerdə ağlamaq istədi amma ki əlləri
tutmadı. Çünki onu artıq
qucaqlamağa utanırdı. Qız isə
dünyadan küskün kimi gözlərindən yaşlar süzülə -süzülə donmuşdu
ayaq üstə. Birdən əlindəki Sarı gülə sataşdı
gözləri onu bir anda gotürüb qırıq -
qırıq etdi. Aradan 30 dəqiqə
keçmişdi artiq sakitləşmişdilər.
Oğlan hadisənin necə oldugünü
danışırdı qıza. Anasının sözündən çıxa bilməyəcəyini soyləyirdi acıqlı
acıqlı. Qız isə həmişəki kimi onu
yenə də başa düşməyə məcbur idi.
Bir -birlərini hələ də dəlilər kimi
sevirdilər. Ayrılmaq istəmirdilər,
amma nə edəydilər məcbur idilər buna. Oğlan isə hələ də düşünürdü
-iki seçim qarşısinda qalmışdı.
Sevgilisi yoxsa Anası. Bir tərəfdə
onu dünyaya gətirən anası bir
tərəfdə də onu tanıyıb yenidən
doğulmuş kimi olan sevgilisi. Bir qərar verə bilmirdi. Axı bu qızı tək
buraxıb gedə bilməzdi, çünki onu
çox sevirdi.Qız da onu çox sevirdi.
Amma artiq əllərindən bir şey
gəlmirdi, Ayrılmalı idilər....... 8 il sonra....
Qız həyat yoldaşı ilə parka
çıxmışdı, gəzirdilər, amma qız bu 8
il ərzində bir saniyə belə olsun
keçmiş sevgilisini ağlından ata
bilmirdi. Hələ də onu ilk gün ki kimi sevirdi. Oğlanda onun kimi. Həyat
yoldaşını heç cürə sevə bilmirdi.
Çünki onu ürəyinə bir ad yazılmışdı
o yazını sanki Allahdan başqa heç
bir şey silə bilməzdi. Hər gün onu
fikirləşməkdən başqa əlindən bir şey gəlməzdi. Həmin gün təsadüfən
oğlan da həyat yoldaşı ilə parka
gəzməyə çıxmışdılar. Qız həyat
yoldaşı ilə bir yerdə oturub söhbət
edirdilər. Birdən bir oğlan həmin
qızın adını çağırdı. Qız tutulub qaldı görəsən məni çağıran kimdi
deyə fikirləşdi. Arxaya eçvirdi
üzünü düz onun yanında bir qız
uşağı var idi. Sən demə onu
çağırırmış. Qız uşagı yanına
çağırıb ona əlində olan güldən birini uzatdı uşaqda aldı. Ata deyərək
atasının qucağına qaçdı. Oğlan
onu tanıdı. Bu o idi. Onun bir
vaxtlar dünyalar qədər sevdiyi qız.
Qız da onu tanıdı. Bir -birlərinə
həsrət dolu baxışlarla haradasa 2 dəqiqə baxdılar. Oğlan onun adını
qızına qoymuşdu. Hər qızını
çağıranda o yadına düşürdü. Qız
onu görüb çox keçmişlərə getdi
xəyalları. Bir vaxtlar canından çox
sevdiyi insan artıq başqa bir qız ilə gəzirdi bir vaxtlar onunla gəzdiyi
yerlərdə. Çox pis oldular ikisi də. 8
il aradan sonra iki göz yenə də üz -
üzə gəlmişdi. Oğlan bir anda onu qaçıb
qucaqlamaq istəyirdi, amma
bacarmazdı axı. Çünki o evli idi.
Oğlan qızını çağırdı yanına. Qız isə
atan səni çağırır get qızım dedi. O
gediş son gediş oldu. Onlar birdə heç vaxt üz -üzə gəlməyəcəkdilər
heç vaxt. Bir gün qızın telefonu
zəng çalır bu qızın həyat yoldaşının
ən yaxin dostu idi. Ona həyat
yoldaşının avtomobil qəzasi
keçirdiyini bildirdi. Indi qız bu xəbərə sevinsinmi, pis olsunmu bir
qərar verə bilmirdi. Heç uşaqları
da olmamışdı bu 8 il ərzində. Qız
yenə də tək qaldı bu dünyada. Onu
iki dəfə tək qoydular bu dünyada.
Artıq bütün ümidləri qırılmışdı. Bilmirdi nə etsin. Bu yalancı
dünyaya nə desin? Günah bu
dunyaya gələndədi deyərdi həmişə...
Yenə bu yalancı dünya aldatdı onu.
Həyatdan küskün bir şəkildə keçirdi
günləri. Hər gün ömürdən gedirdi.... Sən taleyin işinə bax. Həmin günu
parkdan oğlan həyat yoldaşını
metro ilə yola saldı. Özu ilk dəfə ilk
məhəbbəti ilə görüşdüyü yerə getdi
xatirələri yadına salsın deyə. İlk
məhəbbəti ilə o qədər xatirəsi var idi ki düşünməklə bitmirdi. Axşam
oldu. Oğlan evə gəldi. Qapını
döydü, açan olmadı. Öz açarı ilə
qapını açıb içəri girdi. Evdə heç
kim yox idi. Fikirləşdi ki, yəqin
həyat yoldaşı qızını da götürüb anasıgilə gedib yəqin ki. Heç fikir
eləmədən getdi televizora
baxmağa. Vaxt isə heç nəyə
baxmırdı, gedirdi. 1 saat, 2 saat
oğlanın həyat yoldaşı gəlmədi.
Oğlan telefonu götürüb qızın anasıgilə zəng elədi. Telefona
qaynatası cavab verdi.
Oğlan:-Qızımgil sizə gəlib?. Qaynatası nə danışırsan oğlum yox
bizə gəlməyiblər deyəndə oğlan
tutuldu. Çox qorxmuşdu. Qonşudan
evə gələn olubmu soruşdu YOX
cavabını aldı və evə gəldi.
Televizorda xəbərlər verlişındə bu gün Metro qəzası olub xəbərini
eşidəndə oğlan qızım deyə
qışqıraraq bir anlıq özundən getdi.
Bəli çünki həmin metro qəzasında
onun həyat yoldaşı və qızı da var
imiş. Oğlan bu həyatda yenə də tək qaldı. Onu yenə də tək qoydular bu
Yalancı dünyada..... Aradan 17 il keçib ama mən hələ də
ilk sevgimi ürəyimdə ilk gün ki kimi
saxlayıram. Bəlkə bir gün üz -üzə
gələrəm deyə ümid edirəm. Mən
buna inanıram. Çünki o söz
vermişdi mənə səni bu dünyadan özum yola salacam deyə.
İnanıramki o sözünün üstündə
duracaq. Və bir gün gələcək o mənə
gələcək. Mən onu gözləyirəm bu
yalnız dünyamda. Bu yalnız
dünyamda bir gün mənə dost olacaq biri gələcək o da mənim ilk
məhəbbətim olacaq...Bir dəfə də
ona qovuşsam ondan heç vaxt
ayrılmayacam. Hər gün dua edirəm
ona qovuşum deyə. Bəlkə də o da
məni gözləyir bəlkə də o da ilk məhəbbətini gözləyir. Bir vaxtlar
sinifdə uşaqlar ilk məhəbbət
unudulmur deyəndə qəh-qəhə ilə
gülərdim. Amma artıq ilk məhəbbət
kəlməsi gələndə gözlərimdən
damla-damla yaşlar süzülür.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 190 Bölmə: Sevgi varmı?